"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Buzovna bələdiyyəsinin hüquqşünası: “Vergi borcu olanlarla bağlı icra şöbəsinə müraciət edilib”

--2021-09-17 / 13:18

“Külli miqdarda vergi borcu olanlarla bağlı atdığımız qanuna söykənən addımlardan nəticə çıxarmayanlarla bağlı Ədliyyə Nazirliyinin Xəzər rayonu İcra şöbəsinə müraciət etmişik”-bu fikirləri Belediyye.infoya Xəzər rayonu Buzovna bələdiyyəsinin hüquqşünası Vüsal Poladov bildirib. Onun sözlərinə görə, bələdiyyə iclasının qərarıyla vətəndaşın borclu olması barədə qərarı bildirişlərlə birgə vətəndaşa göndərilir. On gün müddətində vergi ödənmirsə onda qanuna müvafiq şəkildə bələdiyyənin qərarına əsasən vətəndaşla bağlı icra şöbəsinə müraciət edilir.

Bələdiyyənin hüquqşünası daha sonra bidlirib ki, cari ildə kifayət qədər borcu olan 11 nəfər barəsində bələdiyyə iclasının qərarı icra şöbəsinə göndərilib. On bir nəfərin üst-üstə borcu 10.134 manat təşkil edib. Bu gün onlardan hələlik üç nəfəri tam şəkildə və bir nəfər isə hissəli şəkildə cəmi 1.934 manat ödəniş həyata keçirilib

Bələdiyyənin hüquqşüsanı maraqlı bir faktı qeyd etməyi unutmadı. On ikinci müraciət etdiyimiz şəxsin 3.415 manat borcu var. Son üç ildə daxil olmaqla vergi ödəyicimiz nə əmlak vergisini, nə də torpaq vergisini verib. Dəfələrlə müraciətlərimiz isə cavabsız qalıb. Kamal Qurbanov adlı vətəndaşa Sizin sayt vasitəsiylə müraciət edərək vergilərini ödəməyi xahiş edirik. Bu bizim tələbimiz yox, qanunlarımızın tələbidir. Qanunlara isə hər kəs hörmətlə yanaşmalıdır.

Düşünmək olar ki, bu müraciətdən sonra vergi ödəyicilərimizin bələdiyyəyə qarşı münasibətləri müsbətə doğru dəyişəcəkdir.

Hər bir vergi ödəyicisi bilməlidir ki, onların ödədiyi vergilər sonda qəsəbənin problemlərinin həllinə yönəldilir.

P.S. Məlumatda adları keçən şəxslərin fikirlərini də verməyə hazırıq

Belediyye.info

 

ŞƏRHLƏR