"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Buzovna bələdiyyəsi Vətən müharibəsi əlilləri, qazi və şəhid ailələrinə diqqət və qayğı göstərilməsiylə bağlı növbəti bir addım atıb

--2022-09-21 / 16:58

Xəzər rayonu Buzovna bələdiyyəsi Vətən müharibəsi əlilləri, qazi və şəhid ailələrinə diqqət və qayğı göstərilməsiylə bağlı növbəti bir addım atıb.

Bələdiyyə iclasında təsdiqlənmiş qərara əsasən qəsəbədə olan 25 qazi və şəhid ailəsinin hər birinin ailəsi bələdiyyə üzvləri və qulluqçuları tərəfindən ziyarət edilərək, onların müraciətlərinə operativ baxılması istqamətində addımlar atılıb.

Bələdiyyə üzvləri hər bir şəhid və qazi ailəsinin üzləri ilə söhbətləşib, qayğıları ilə maraqlanıblar. Bununla yanaşı hər bir ailəyə beş kiloqram həcmində təzə kəsilmiş mal əti pay şəklində təqdim edilib.
Görüşdə bələdiyyə üzvləri Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində iştirak edən hər bir əsgər və zabitinin Böyük Zəfərimizin əldə olunmasında misilsiz xidmətlər göstərdiklərini, onların qəhrəmanlıqlarının heç zaman unudulmayacağını vurğulayıb. Bildirilib ki, onların döyüş yolu gələcək nəsillər üçün nümunə olacaq, Vətən uğrunda canını fəda edən qəhrəmanların əbədiyyətədək xalqımızın yaddaşında yaşayacaq.

Bələdiyyədən bildiriblər ki, bu sosial aksiya həftə sonu başa çatdırılacaqdır.

Belediyye.info

ŞƏRHLƏR