"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bütov Azərbaycana Zəfər yaşadan insan

--2020-12-23 / 20:42

24 dekabr tarixi ONUN günüdür. O insanın ki, otuz ilə yaxın erməni tapdağı altında olan doğma Qarabağımızı bizə qovuşdurdu. Dağlıq Qarabağı problem kimi həll edərək tarixin arxivinə atdı. Dəmir yumruq nümayiş etdirərək erməni millətçilərinə, şovinistlərinə, faşistlərinə yerini göstərdi. Hətta içimizdəki erməni kökənlilərə, erməni xislətlilərə, hətta gözü Azərbaycan torpağında olan digərlərinə də dərs verdi.

Bəli, bu gün Prezident İlham Əliyevin Azərbaycanlıları sınıqlıqdan xilas edib Bütov Azərbaycana Zəfər yaşadan bir insanın ad günüdür. Yəqin bu dəfə də ad gününü Ali Baş Komandan qeyri-adi şəkildə keçirəcək. Bəlkə bu dəfə Şuşada, Cıdır düzündə qeyd etdi. Nə bilmək olar.

Bütün hallarda Prezident İlham Əliyev xüsusən də sentyabrın 27-dən sonra atdığı bütün addımlarıyla tarix yazdı. Özü də ZƏFƏR tarixi.

Gəlin bu əziz gündə ölkə başçısına sağlıqlı ömür arzulamaqla, ürəklə həmrəy olduğmuzu bildirək. Bundan sonra Ali Baş Komandana Xankəndində, Xocalıda, Ağdərə də Azərbaycan bayragını tezliklə dalğalandırmağı arzu edək. Onu da arzu edək ki, ölkə başçısına Qarabağla bağlı ürəyində tutduğu bütün niyyətləri həyata keçirmək qismət olsun. Və hər birimiz bu arzuların həyata keçməsində öz töhvəmizi verək.

Vüqar Tofiqli

      

ŞƏRHLƏR