"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Buna görə icra başçıları şəxsən məsuliyyət daşıyır” - BŞİH

--2022-04-26 / 06:47

Bakı şəhərində qəzalı vəziyyətdə olan, öz resursunu başa vurmuş çoxmənzilli yaşayış binalarının inventarizasiyası və bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi məqsədilə müvafiq  Komissiya yaradılıb.

Bu barədə “Qafqazinfo”ya Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidmətindən bildirib.

 Qeyd olunub ki, BŞİH başçısının müvafiq Sərəncamına əsasən yaradılan Komissiyanın tərkibinə şəhər və paytaxt rayonları İcra Hakimiyyətlərinin məsul nümayəndələri daxil edilib.

Komissiyaya Bakı şəhərinin ərazisində yaşayış üçün təhlükəli olan yaşayış binalarının inventarizasiyasının aparılması və bununla bağlı təkliflərin hazırlanması təmin edilməsi tapşırılıb.

Sərəncamda Bakı şəhərinin Rayon İcra Hakimiyyətləri başçılarının balans sahibindən asılı olmayaraq qəzalı binalarda yaşayan sakinlərin təhlükəsizliyinə görə şəxsən məsuliyyət daşıdıqları xüsusi olaraq vurğulanıb.

Artıq Komissiya üzvləri rayonlar üzrə inventarizasiya işlərinə başlayıblar.

https://qafqazinfo.az/news/detail/buna-gore-icra-bascilari-sexsen-mesuliyyet-dasiyir-bsih-361533

ŞƏRHLƏR