Suraxanı rayonu Bülbülə bələdiyyəsində sədr dəyişikliyi baş verib. Növbədənkənar keçirilən bələdiyyə iclasında təşkilati məsələyə baxılıb. İclasda sədr Ramil Məmmədovun istefa ərizəsi müzakirələrdən sonra qəbul edilib. Əlavə edək ki, Ramil Məmmədov cari ilin yanvarında yeni formalaşan bələdiyyənin ilk iclasında sədr seçilmişdi.
Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə uyğun təşkil edilən iclasda bələdiyyə üzvü Natiq Həsənov yenidən sədr seçilib.
Xatırladaq ki, Natiq Həsənov 2009, 2014 və 2019-cu ilərdə bələdiyyə üzvü, 2009-2012-ci illərdə bələdiyyənin sədr müavini, 2012-2019-cü illərdə isə bələdiyyənin sədri vəzifəsində çalışıb.
Qeyd edək ki, Naitq Həsənovun sədr olaraq çalışdığı illərdə Bülbülə bələdiyyəsi aktivliyi ilə seçilib.
Belediyye.info