"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Büdcə gəlirimiz 50 min manatdan artıq olub

--2019-07-20 / 14:14

Ölkəmizdə aparılan sosial-iqtisadi inkişaf prossində bələdiyyələr yaxından iştirak edərək həyatı vacib məsələlərin həllində, əhalinin sosial müdafiəsinin gücləndirilməsində bələdiyyə-vətəndaş münasibətlərinin formalaşdırılmasında bələdiyyələr üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.

Xudat bələdiyyəsi də öz fəaliyyətində “ Bələdiyyələrin statusu haqqında”,“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Azərbaycan Respublikasının qanununa və digər normativ hüquqi aktlara əsasən öz işini qurur.

Azərbaycan Respublikası Konstitusiyasının 149-cü maddəsinə uyğun olaraq bələdiyyənin öz fəaliyyətini iclaslar və daimi komissiyalar vasitəsi ilə həyata keçirir.

“Bələdiyyələrin Statusu haqqında” Azərbaycan Respublikası Qanunun 16-cı maddəsinə əsasən bələdiyyələrin iclasları ayda 1 dəfədən az olmayaraq bələdiyyə sədri tərəfindən çağrılır.

2019-cu ilin altı ayı ərzində bələdiyyənin 8 iclası keçirilmiş, həmin iclaslarda bələdiyyə faəliyyətinə dair 30 məsələ müzakirə olunmuş və qərarlar qəbul edilmişdir.

2019-cu ilin altı ayı ərzində bələdiyyənin yerli büdcəsi Azərbaycan Respublikasının “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanuna uyğun formalaşdırılmışdır.

2019-cu ildə smeta üzrə bələdiyyənin yerli büdcəsinin gəlir hissəsi 105463 manat məbləğində nəzərdə tutulduğu halda icrası altı ay ərzində 50.849 manat olmuşdur.

            Bu əsasən:

-fiziki şəxslərdən torpaq vergisi üzrə             4502manat

-fiziki şəxslərdən əmlak vergisi üzrə              13900 manat

-bələdiyyə torpaqlarının özəlləşdirilməsindən gəlirlər üzrə
16400 manat,

-torpaqların icarəsindan 260 manat,

-əhalini içməli su ilə təmin olunmasından      742 manat,

-sair gəlirlər-11.995 manat

-xərclərin ödənilməsi üçün Dövlət büdcəsindən alınmış dotasiya üzrə 3050 manat olmuşdur.

2019-cu ilin altı ayı ərzində yerli büdcənin xərclər hissəsinin icrası 49974 manat olmuşdur.

O cümlədən

-kovalyov küçəsində yol təmirinə -1060 manat

-3-cü şöbə ərazisinə və 3-cü şöbəyə gedən yolun təmiri-5950 manat

-3-cü şöbəyə gedən yolun sağ tərəfində salınmış yeni yaşayış massivində yol təmiri -2670 manat,

-2-ci şöbə yeni yaşayış massivində yol təmiri-1030 manat,

-Xudat şəhəri 3-cü şöbə yolunun sağ tərəfində salınmış yeni yaşayış massivində yol təmiri-1630 manat,

-Zərdabi küçəsində yol təmiri-3050manat,

-S.Ələskərova küçəsində yol təmiri-1730 manat

-Abunə yazılışına -305 manat,

-20 yanvar şəhidlərinə ərzaq səbətlərinin alınıb paylanılmasına-771.12 manat,

-Çirkab sular axıdılan arxların təmizlənməs və təmirinə -2350 manat,

-1-ci şöbə ərazisində əhalini içməli su ilə təmin edən su xətlərinin dəyişdirilməsi-3280 manat,

-F.Əmirov küçəsində içməli su borularının dəyişdirilməsinə-1170 manat,

-4 saylı uşaq bağçasında təmir işlərinə-2262 manat,

-Z.Mahmudov küçəsində çirkab suların axıdılması üçün nəzərdə tutulan arxın təmirinə-650 manat

Hesabat ilində bələdiyyədə vətəndaşların qəbulu, onlaın ərizəsi və şikayətlə baxılması “Vətəndaşların müraciətlərinə baxılması qaydaları haqqında” Azərbaycan Respublikası qanununa, “Dövlət hakimiyyəti orqanlarında təklif, ərizə və şikayətlər üzrə kargüzarlığın aparılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq həyata keçirilmişdir. Hesabat ilində bələdiyyənin sədri və müavini tərəfindən 176 vətəndaş qəbul edilmişdir. Vətəndaşlardan 18 yazılı ərizə və şikayət daxil olmuşdur. Bələdiyyəyə daxil olmuş ərizə və şikayətlərə yazılı və şifahi cavab verilmişdir.

2019-cu ilin altı ayı ərzində bələdiyyədən 164 məktub göndərilmişdir.

Bələdiyyə üzrə 2019-cu ilin altı ayı ərzində 20 sərəncam, 6 əmr verilmişdir. Bələdiyyəmizdə hal-hazırda 13 nəfər işçi çalışır. İşçilərdən 2 nəfər bələdiyyə üzvü, digərləri isə bələdiyyənin icra aparatında və təsərrüfat sahəsində faəliyyət göstərir.

Bələdiyyələrin daha yaxşı işləməsi üçün bələdiyyə vətəndaş həmrəyliyi vacib amildir.

   Elman Allahyarov

Xaçmaz rayonu Xudat bələdiyyəsinin sədri                                    

(Xaçmaz rayonu Xudat bələdiyyəsinin

2019-cu il ilin altı aylıq fəaliyyəti barədə

bələdiyyənin sədri Elman Allahyarovun hesabatı əsasında hazırlanıb.)

 

ŞƏRHLƏR