"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bu ölkədə keçiriləcək bələdiyyə seçkilərinə dair qadağalar elan olunub

--2019-01-10 / 14:08

Türkiyənin Ali Seçki Komissiyası martın 31-də keçiriləcək bələdiyyə seçkilərinə səsvermə günü nəzərdə tutulan qadağaları açıqlayıb.

AZƏRTAC xəbər verir ki, səsvermə başlayandan Ankara vaxtı ilə saat 18.00-dək Türkiyənin bütün ərazisində spirtli içki satışı qadağandır. Bundan başqa seçki günü toylar saat 18.00-dan sonra başlaya bilər. Eyni zamanda, həmin gün təbliğat-təşviqat kampaniyası aparıla bilməz. KİV-lər səsvermənin nəticələri rəsmən elan olunana qədər ancaq seçki prosesinə dair informasiyalar yaya bilərlər.

 https://azertag.az/xeber/1231817

ŞƏRHLƏR