"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bu gün Şirvan şəhərində vətəndaşlar üçün “açıq qapı” günü keçiriləcək

--2023-01-27 / 05:10
2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən Şirvan şəhərində “Heydər Əliyev və Azərbaycan ədliyyəsi” mövzusunda konfrans və bölgə vətəndaşları üçün nazirliyin fəaliyyət istiqamətləri ilə bağlı “Açıq qapı” günü keçiriləcəkdir.
Şirvan şəhəri Heydər Əliyev Mərkəzində saat 12:30-da keçiriləcək “Açıq qapı” günündə vətəndaşlara innovativ ədliyyə xidmətləri ilə bağlı təqdimat və ödənişsiz hüquqi yardım aksiyası təşkil olunacaqdır.
Tədbirdə Şirvan regional ədliyyə idarəsinin yurisdiksiyasına daxil olan Şirvan, Salyan, Neftçala və Hacıqabul rayonlarının vətəndaşları iştirak edə bilərlər.
Bölgəyə səfər çərçivəsində həmçinin, Sabirabad rayonunda saat 15:00-da Heydər Əliyev Mərkəzində rayon sakinləri üçün “Açıq qapı” günü keçiriləcəkdir.
Qeyd olunur ki, tədbirlərdə Ədliyyə Nazirliyinin məsul işçiləri, Milli Məclisin deputatları, vəkillər, vətəndaş cəmiyyəti institutları iştirak edəcəklər.
Əlavə məlumatı Şirvan regional ədliyyə idarəsi (ünvan: Şirvan şəhəri, Firuz İsmayılov küçəsi, 17, əlaqə telefonu: (021) 215-60-23, (055) 238-78-28) vasitəsilə əldə etmək mümkündür.
Ədliyyə Nazirliyi 
ŞƏRHLƏR