"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bu bələdiyyənin sədri də istefa verib

--2022-02-28 / 17:04

Abşeron rayonu Mehdiabad bələdiyyəsində sədr dəyişikliyi baş verib.

Sədr Vüqar Hüseynov vəzifəsindən istefa verib. Bununla bağlı keçirilən iclasda bələdiyyə üzvü Mustafa İsmayıl oğlu Süleymanov Mehdiabad bələdiyyəsinin sədri vəzifəsinə seçilib.

Qeyd edək ki, M. Süleymanov 2009-cu ildən bələdiyyə üzvü, 2010-2015-ci illərdə bələdiyyənin sədr müavini vəzifəsində çalışıb.

Gənc və perspektivli kadr olan V.Hüseynov 2020-ci ilin yanvarından bələdiyyə sədri vəzifəsinə seçilmişdir. Onun hansı səbəbdən istefa verməsi haqqında məlumat verilməsə də, çalışdığı müddət ərzində bir sıra ciddi layihələrin icrasını təmin etməsiylə yadda qalmışdır.

 

Belediyye.info 

ŞƏRHLƏR