"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bu bələdiyyədə sədr dəyişikliyi baş verib

--2022-02-28 / 12:41

Sabunçu rayonu Pirşağı bələdiyyəsində sədr dəyişikliyi baş verib.

Sədr Şakir Quliyev səhhətiylə əlaqədar vəzifəsindən istefa verib.

Bununla bağlı keçirilən iclasda bələdiyyənin sədr müavini Rəhimova Əfsanə Etibar qızı Pirşağı bələdiyyəsinin sədri vəzifəsinə seçilib.

Qeyd edək ki, Ə. Rəhimova 02 mart 1996-cı ildə Sabunçu rayonu Pirşağı qəsəbəsində anadan olub. Azərbaycan Memarlıq və İnşaat Unversitetinin bakalavr və mağistr təhsili alıb.

YAP üzvü olan Ə. Rəhimova ingilis, rus, türk dillərini sərbəst bilir.

2019-cu ildən bələdiyyə seçkilərinə qatılaraq bələdiyyə üzvü, 2020-ci ilin yanvarın 17-də keçirilən ilk bələdiyyə iclasında sədr müavini seçilib.

Belediyye.info

ŞƏRHLƏR