"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

BÖYÜK AZƏRBAYCANLI

--2020-06-14 / 17:04

15 iyun tarixi ölkəmizdə “Qurtuluş” günü kimi qeyd edilir. Müharibə şəraitində olan, sonradan daxili siyasi çəkişmələrin də əlavə olunduğu, əhalinin hər gününün səksəkə ilə üz-üzə qaldığı bir vaxtda məhz Heydər Əliyevin gəlişi ölkəmizə sabitlik, nizam-intizam gətirdi. Hərc-mərcliyin hökm sürdüyü Azərbaycanda hər hansı bir ciddi addım atmaq, məkrli qonşularla dil tapıb, onlarla müəyyən məsafə saxlamaqla danışıqlar aparmağı gərgin və həssas illərdə yalnız Heydər Əliyev bacarardı.

Heydər Əliyevin məhz mənim üçün yadda qalan əsas cəhəti onun unikal yaddaşa sahib olması, xeyrxahqlığı unutmaması və ən əsası isə sözünün hökmünün olmasını hesab etmək olar. Bununla yanaşı Heydər Əliyev bizimkilər demişkən hər zaman “daşı tərəziyə düz qoymasıyla” seçilib, kimin kim olduğunu anındaca hiss etməsi də onu həqiqətən fərqləndiən cəhətlərdəndir.

Yaradıcı insanlarla tez-tez bir araya gəlməsi, heç nədən çəkinmədən kütlənin qarşısna çıxaraq ona ünvanlanan suallara ürəklə cavab verməsi Heydər Əliyevin xarakterinə aiddir.

Sözsüz ki, ulu Öndərin fəaliyyətinə daha yüksək qiymət vermək üçün zaman lazımdır. Ancaq bizim üçün yaddaqalan məqamlardan biri də məhz bu dahi insanın gəlişiylə müstəqil dövlətimizin ilk Konstitusiyanın hazırlanmasıyla bağlı atılan addımları və “Ana qanun”da bələdiyyələrlə bağlı müddəaların salınması, həmçinin ilk bələdiyyə seçkilərində iştirak etməsiylə bu sistemin bir növ əsas bünövrəsini qoymasıdır.

İnanıram ki, ulu Öndərin ikinici dəfə hakimiyyətə gəlişiylə yaranan sabitlik Azərbaycanda bu gün bütün sahələrdə hökm sürən iqtisadi yüksəlişini təməlini qoymuş oldu. 

Bütün atdığı addımlarla Heydər Əliyev bir daha böyük AZƏRBAYCANLI olduğunu isbat etdi....

Bu gün qəti əminəm ki, məhz təməli ulu öndər tərəfindən qoyulan siyasi sabitlik və iqtisadi yüksəlişi uğurla və inamla davam etdirən İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımız erməni separatçılarından təmizlənəcək və Cıdır düzündə, İmarətdə və işğal altında olan digər cənnət torpaqlarımızda Azərbaycan bayrağı dalğalanacaqdır.

Bayramımız mübarək!!!

P.S. Koronovirus pandomiyası fikirlərimi çaşdırsa da ürəkdən gələn sözlərimi  qısa şəkildə olsa da yaza bildim  

Vüqar Tofiqli

ŞƏRHLƏR