"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bizə səs vermiş seçicilərimizin etimadını doğrultmaq üçün hər zaman çalışacağıq

--2023-01-16 / 14:45

(Quba rayon Tüləkəran bələdiyyəsinin 2022-ci il üzrə

HESABATI)

İl ərzində Tüləkəran bələdiyyəsinin 21 iclası keçirilmişdir. Daimi Komissiyalar tərəfindən bələdiyyə iclaslarının müzakirəsinə bir sıra məsələlər çıxarılmış, hüquqi aktların qəbul olunması üçün rəy və təkliflər hazırlanmışdır. Bələdiyyə tərəfindən qəbul edilmiş müvafiq aktlar qanunauyğun olaraq, nəzarət qaydasında baxılması üçün, Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinə göndərilmişdir. Bələdiyyənin fəaliyyəti üçün çox önəmli olan məsələlərlə bağlı bələdiyyələrə İş Mərkəzi tərəfindən tövsiyələr hazırlanıb göndərilmişdir. Bələdiyyələrin fəaliyyətində mühüm yer tutan yerli vergilərin toplanmasına köməklik məqsədilə, Bələdiyyələrlə İş Mərkəzinin əməkdaşları tərəfindən seminar- müşavirə keçirilmişdir.

Ötən dövr ərzində bələdiyyəyə vətəndaşlardan müxtəlif məsələlərə dair 184 məktub və ərizə daxil olmuşdur. Müxtəlif məsələlərlə bağlı rəhbərlik tərəfindən 128 vətəndaş qəbul edilmişdir. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, daxil olan məktub, ərizə və şikayətlərin hər birinə vaxtında baxılmış, nəticəsi barədə onlara məlumat verilmişdir.

Qeyd edək ki, yenə də Bələdiyyələrlə İş Mərkəzinin tövsiyələri, metodiki köməklikləri, bələdiyyədə keçirilən seminarların nəticəsi olaraq, 2022-ci il ərzində isə büdcə gəlirləri 18492.03 manat təşkil etmişdir.            (2021-ci ildən Qalıq 35.59 manat)

O cümlədən:

-        fiziki şəxslərdən torpaq vergisi – 3971.25 manat;

-        fiziki şəxslərdən əmlak vergisi – 5797.86 manat;

-        torpaq icarə haqqı- 1247.50 manat;

-        Dövlət büdcəsindən ayrılan Dotasiya- 3200 manat;

-        Digər gəlir – 4275.42 manat.

2022-ci il ərzində xərclər isə - 18460.40 manat təşkil etmişdir.

O cümlədən:

  •  Bələdiyyə işçilərinin əmək haqqısının ödənilməsinə - 13949.00 manat;
  •  Bələdiyyə işçilərinin əmək haqqlarından DSMF-yə ayırmalara- 1399.18 manat;
  • Qurban bayramı münasibəi ilə maddi yardım – 1174.09
  • Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə maddi yardım – 502.00
  • 3 faiz xidmət haqqı –142.82 manat;
  • Poçt xidmət haqqı – 111.62 manat;
  • Jurnal və qəzetlərə abunə yazılışına – 105.00 manat;

 Müqəddəs “Qurban bayramı” münasibətilə, kəndlərdə yaşayan şəhid ailələrinə, qazilərimizə, gözdən əlillərə, ahıl insanlara, imkansız, aztəminatlı ailələrə qayğı və diqqətin göstərilməsi ilə bağlı, cəmi 30 nəfərə 1174.09 manat məbləğində ərzaq bağlaması ilə dəstək göstərilmişdir.

  • “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni
    İl” münasibətilə, kəndlərdə yaşayan şəhid ailələrinə, qazilərimizə, gözdən əlillərə, ahıl insanlara, imkansız, aztəminatlı ailələrə qayğı və diqqətin göstərilməsi ilə bağlı, cəmi 17 nəfərə 502.00 manat məbləğində ərzaq bağlaması ilə dəstək göstərilmişdir.
  • “Quba rayon Yenikənd kəndində 4000 metr P 50 diametrli boru ilə ana xətt, 2600 Metr P 32 diametrli, 2000 metr P 25 diametri boru ilə daxili su xəttin layihələndirilməsi və çəkilməsi başa çatdırılmış, bir ədəd 50 ton tutumlu su anbarı təmir olunmuş, iki ədəd 60 ton su tutumlu su anbarları qazılaraq tikintiyə hazır vəziyyətə gətirilmişdir. Bu məqsədlə bələdiyyə tərəfindən 7993.00 manatlıq müqavilə bağlanımış və işlər yerinə yetirilmişdir. Lakin maliyyə problemləri səbəbindən podratçı şəxsə vəsait ödənilə bilinməmişdir.
  • Quba rayonu Gültəpə kəndində vətəndaş müraciətləri nəzərə alınmaqla 736.00 manat dəyətində mal və materiallar alınaraq kənd sakinlərinə su çəkilişinə kömək məqsədi ilə alınaraq verilmiş, lakin maliyyə problemləri səbəbindən podratçı şəxsə vəsait ödənilə bilinməmişdir.
  • Quba rayonu Aşağı Tüləkəran kəndində torpaqlarımızın ərazi bütövlüyü üğruna canlarından keçmiş şəhidlərimizin xatirələrinin əbədiləşdirilməsi məqsədi abidə kompleksi tikilməsinə başlanılmış və 8171.00 mant dəyərində müqavilə bağlanılmışdır.Həmin işlərin bir qismi görülmüş qalan hissəsi isə hava şəraiti imkan verdikcə davam etdiriləcəkdir. Lakin maliyyə problemləri səbəbindən podratçı şəxsə vəsait ödənilə bilinməmişdir.
  • Aramsız yağan yağışlar nəticəsində Tülər kəndində Ağ Çayın üzərindəki piyada keçidi yararsız vəziyyətə düşdüyündən kənd sakinlərin köməkliyi və bələdiyyənin maddi yardımları ilə dəmir konustrsiyaların təmir olunması üçün metal borular, profil və armatur alınaraq qaynağ işləri görülmüş və piyada keçidi sakinlərin istifadəsinə verilmiş, Aşğı Tüləkəran kənd məktəbində təhsil alan şagirdlərin və dərs keçən pedoqoji heyyətin təhlükəsiz şəkildə təhsil prosesində iştirakı bərpa olunmuşdur.
  • Quba rayon Aşağı Tüləkəran kəndində bələdiyyənin inzibati binasının həyətində “Şuşa İli” və 44 günlük müharibədə qələbə ilə əlaqədar olaraq 44 ədəd eldar şamı ağacı əkilərək aqrotexniki qaydada qulluq göstərilmişdir.
  • Bələdiyyə ərazisində komunal təsərrüfat işlərinin görülməsi, abadlıq xidmətlərinin göstərilməsi və su təsərrüfatının yaradılması məqsədi ilə Azərbaycan Respublikası Təmiz Kənd Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması barədə qərar qəbul edilmiş, və müəssisə dövlət qeydiyyatına alınması məqsədi ilə müvafiq sənədlər 3 saylı Ərazi Vergilər İdarəsinə təqdim olunmuşdur. Yaradılması planlaşdırılan müəssisənin fəaliyyət istiqamətləri əsasən komunal, təmir-tikinti, məişət tullantılarının daşınması, çeşidlənməsi və sterilizasiyası olaraq müəyyənləşdirilmişdir. Məhdud Məsuliyyətli Cəmiyyətinin maddidi texniki bazasının yaradılması məqsədi ilə BP (British Petrolium) şirkəti ilə, tullantıların daşınması və sterilizasiyası məsələləri üçün isə 5 saylı Ərazi Ekologiya İdarəsi ilə danışıqlar və məsləhətləşmələr aparılır.
  • Quba rayonu Gültəpə kəndində torpaqlarımızın ərazi bütövlüyü üğruna canından keçmiş Şəhid İdrisov Əfqan Əhmədpağa oğlunun anası İdrisova Nəsibə Abdulsəlim qızına fərdi yaşayış evi tikilməsi məqsədi ilə “Bələdiyyə Torpaqlarının Ayrılması Haqqında Əsasnamənin” 13-1.1-ci bəndinə əsasən 200 lvadrat metr torpaq sahəsi ayrılaraq ödənişsiz qaydada verilmişdir.
  • 8 Noyabr “Zəfər Günü” ilə əlaqədar, 44 günlük Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olaraq şəhadətə yüksələn Mərdəkan qəsəbəsinin üç şəhid övladının ailəsinə bələdiyyə büdcəsinin maliyyə vəsaiti daxilində, cəmi 1250 manat məbləğində vəsaitlə köməklik göstərilmişdir.
  • Quba rayon Əfqan İdrisov adına Möhüc kənd tam orta məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü vəYeni
    İl” münasibətilə ibtidai siniflərdə təhsil alan şagirdlər üçün məktəb rəhbərliyi ilə birlikdə bayram şənliyi keçirilmiş və şagirdlərə bayram hədiyyələri bağışlanmışdır.
  • Ərazidə yaşayan vətəndaşların məşqulluq problemlərinin aradan qaldırılmasına da böyük diqqət ayrılmışdır. Bu məqsəd ilə 2022-ci ilin hesabat dövrü ərzində bir nəfər bələdiyyə qulluğuna müddətsiz əmək müqaviləsi ilə, iki nəfər müddətli əmək müqaviləsi ilə işə qəbul olunmuşdur. Beş nəfər rayon ərazisindəki turizm müəssisələrində, iki nəfər rayon ərazisindəki mebel istehsalı müəssilərində, üç nəfər isə Bakı şəhərində işlə təmin olunmalarına müvafiq köməkliklər göstərilərək ümumilikdə on nəfər vətəndaşın məşqulluq problemi həll olunmuşdur.
  • Bələdiyyə mülkiyyətinin idarə olunması, qanunsuz zəbt olunmuş bələdiyyə torpaqların bələdiyyənin qanuni mülkiyyətinə qaytarılması istiqamətində də mühüm addımlar atılmışdır. Belə ki Quba rayonu Möhüc kəndində 0.34 ha prespektiv inkişaf təyinatlı, 1.50 ha örüş təyinatlı torpaq sahəsinin, bələdiyyə mülkiyyətinə qaytarılması üçün Quba Rayon Məhkəməsinə müraciətlər olunaraq həmin torpaq sahələri bələdiyyə mülkiyyətinə qaytarılmışdır. Quba rayonu Gültəpə kəndində 0.08 ha, Quba rayonu Tülər kəndində isə 0.83 ha prespektiv inkişaf təyinatlı torpaq sahəsinin bələdiyyənin qanuni mülkiyyətinə qaytarılması təmin olunmuşdur. Bələdiyyə mülkiyyətində məxsus olan, lakin qanunsuz olaraq zəbt olunmuş torpaq sahələrinin müəyyən olunaraq barələrində qanunamüvafiq tədbirlərin görülməsi istiqamətində müvafiq işlər davam etdirilir.
  • Bələdiyyə ərazisində yaşayan vətəndaşların yerli vergilərə və ödənişlərə cəlb olunması məqsədi ilə Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemində daima yenilənmələr aparılır. Vətəndaşların mülkiyyətindəolan torpaq sahələrinin aşkar olunması, onlara məxsus əmlakların müəyyən olunaraq Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sisteminə inteqrasıyasın təmin olunması nəticəsində vergi obyetlərinin sayı 780 nəfərə çatdırılaraq həmin ödəyicilərə tədiyyə bildirişləri paylanılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasında 2023-cü ili “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı, 29 sentyabr 2022-ci il tarixdə Sərəncam imzalamışdır. Biz də Tüləkəran bələdiyyəsi olaraq, Ulu Öndər, müasir müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu, xalqımızın dahi xilaskarı Heydər Əliyevlə əlaqədar, il boyu şagirdlərlə, gənclərlə müsabiqələr, görüşlər və bir sıra mədəni tədbirlər həyata keçirəcəyik.

Bizə səs vermiş seçicilərimizin etimadını doğrultmaq üçün gördüyümüz və görəcəyimiz işlərlə hər zaman çalışacağıq. Kəndlərimizin abadlığına, gözəlliyinə, təmizliyinə, yaşıllığına bundan sonra da diqqəti daha da artıracağıq.

Yerli əhəmiyyətli poblemlərin həllində daha da fəallıq göstərəcəyik, ictimai-mədəni, sosial tədbirlərin həyata keçirilməsini uğurla davam etdirəcəyik.

Bundan sonrakı fəaliyyətimizdə də hər zaman olduğu kimi, ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncam və Fərmanlarından irəli gələn vəzifələrin yerinə yetirilməsinə çalışacağıq və Bələdiyyələrlə İş Mərkəzinin tövsiyələrini, iradlarını hər zaman işdə rəhbər tutacağıq. 

 Rauf Hüseynov,

Quba rayon Tüləkəran bələdiyəsinin sədri

ŞƏRHLƏR