15 iyul tarixində Binəqədi rayon İcra Hakimiyyəti və Binəqədi bələdiyyəsi Novxanı çimərliyində “Birgə yaradaq” layihəsi çərçivəsində təmizlik aksiyası həyata keçirIiblər.
Aksiya 15 iyul tarixində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən Novxanı qəsəbəsində yerləşən “AF-Hotel” mehmanxanasının çimərliyində aparılmış yenidənqurma və uyğunlaşdırma işlərinə baxış məqsədilə təşkil edilmiş tədbir çərçivəsində yerinə yetirilib.
Aksiya çərçivəsində Binəqədi rayonu, 272 saylı körpələr-evi uşaq bağçasının balaca fidanları tərəfindən Novxanı qəsəbəsində yerləşən çimərlikdə təmizlik işləri aparılmış və ətrafa atılmış tullantılar təmizlənib.
Məlumat üçün bildirək ki, bu aksiyanın daha geniş tərkibdə ikinci mərhələsinın də keçirilməsi nəzərdə tutulur. Bütün bu aksiyaların təşkil edilməsində əsas məqsəd balacaların vasitəsilə insanlara ətrafımızın təmizliyinə riayət edilməsi, o cümlədən “Təmiz ətraf, təmiz mühit” devizini çatdırmaqdır.
Keçirilən aksiyada balaca fidanlar Binəqədi bələdiyyəsinin sədri Sitarə Cabbarlı, Binəqədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, sədr müavini Sabir Həsənov və bağçanın müəllimələri müşayət ediblər.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|