"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bir şəklin yaratdığı suallar

--2021-12-01 / 16:15

Bu gün səhər  məlumatları sosial media üzərindən vərəqləyərkən qarşıma təsadüfən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun şəhid aillələri ilə görüşdən çəkilən şəkli çıxdı. İcra başçısı şəhərin yeddi küçəsinə şəhid adlarının verilməsiylə əlaqədar imzaladığı sərəncamla bağlı görüş keçirirdi. Görüşdə isə məhz adları əbədiləşdirilən şəhidlərin ailə üzvləri iştirak edirdi. İcra başçısının bu addımını təqdirəlayiq hesab etsəmdə, çəkilən şəkildəki görüntü məni, konkret olaraq, məyus etdi. Haqqında söhbət açılan şəkli paylaşdıqdan sonra isə beş nəfərin zəng etməsi və Votsap üzərindən 10 nəfərdən çox şəxsən tanıdığım insanın icra başçısının bu hərəkətinə sərt reaksiya verməsi məndə müəyyən suallar yaratdı.

Sual oluna bilər ki, niyə:

-Birincisi, hansı səbəbə icra başçısı ozünü şəhid ailələrindən təcrid edib.

-İkinicisi, şəhid ailələri niyə otağın lap güncündə məsafə gözlənilmədən otuzdurulub.

-Üçüncüsü, niyə masanın üzərində su ancaq icra başçısının qarşısına qoyulub.

Göründüyü kimi, adi görünən və hesab edilən bir şəkildən neçə sual meydana çıxdı. Və bu suallar icra başçısının, daha doğrusu, rayonun siyasi rəhbərinin yaratması təəssüf doğurur.

Əslində icra başçısı Rəcəb Babaşov masa arxasında, şəhid ailələrinin arasında oturmalı və onları çay süfrəsinə dəvət etməli və ortaya bir səmimiyyət qoymalı idi. Təəssüf ki, bu addım atılmadı. Düşünürəm ki, icra başçısı cənab Prezidentin şəhid ailələri ilə keçirdiyi görüşlərə baxmış olsaydı belə səhvlərə də yəqin ki yol verilməzdi.

İnanıram ki, icra başçısı yazılanlara müsbət reaksiya verməklə gələcəkdə təkrarlanmasına imkan verməyəcək.

P.S. Sonda onu da əlavə edim ki, biz bu yazıda hörmətli icra başçısının rayon bələdiyyələrinə göstərdiyi “qayğı və diqqəti” barəsində yazmasaqda, tam məlumatlıyıq.

Vüqar Tofiqli

ŞƏRHLƏR