"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bir əsrlik tarixi həqiqətlər

--2018-10-15 / 14:09

22 noyabr 2018-ci ildə Azərbaycan ədliyyəsinin yaranmasının 100 ili tamam olur. Tarixi bir həqiqətdir ki, 1918-ci may ayının 28-də Şərqdə ilk demokratik dövlət quruluşu olaraq yaranmış Azərbaycan Xalq Cümhuriyyəti bəşəriyyətin inkişaf salnaməsində yeni parlaq bir səhifə açmaqla xalqımızın dünya dövlətçilik irsinə, parlamentli dövlət quruculuğu prosesinə mühüm töhfəsi olmuşdur.

Azərbacanda ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi vardır. Müstəqil dövlətimizin ədliyyə tarixinin ən şərəfli anları 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə başlanır. Belə ki, Ədliyyə Nazirliyinin təsis edilməsinə xüsusi əhəmiyyət verilərək 1918-ci il may ayının 28-də - Azərbaycan Demokratik Respublikasının elan edildiyi gün Ədliyyə Nazirliyi də yaradılmışdır.

Nazirlik öz işinə ilk növbədə ədliyyə strukturlarının, məhkəmələrin və istintaq sahələrinin bərpası ilə başlamış, gərgin fəaliyyət nəticəsində məhkəmə aparatları tədricən bərpa edilmiş, binalar qaydaya salınmış, çətinliklə də olsa hüquq ədəbiyyatı kitabxanası yaradılaraq 6 aylıq hüquq kursları təşkil edilmişdir.

Həmçinin, ədliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilmiş, o cümlədən 1918-ci il noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmişdir. Cəzaçəkmə yerləri ilə aparılan işin ədalət mühakiməsinin həyata keçirilməsində əhəmiyyəti nəzərə alınaraq hökumətin 1919-cu il 11 avqust tarixli qərarı ilə əvvəllər Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyinə verilmiş, nazirliyin təşəbbüsü ilə "İstintaq hissəsinin quruluşu və gücləndirilməsi haqqında", "Məhkəmə idarəsi sahəsində vəzifələrə namizədlər haqqında", "Azərbaycan andlı iclasçılar məhkəməsinin tə'sis edilməsi haqqında", ADR-in yaranmasından ilyarımın keçməsi münasibətilə ümumi amnistiya haqqında və digər qanunlar parlamentin müzakirəsinə çıxarılmışdır.

Azərbaycan Demokratik Respublikasının 1920-ci il aprel ayının 27-28-də Rusiyanın XI Qızıl Ordusu tərəfindən işğal edildikdən sonra inqilab komitəsinin 13 may 1920-ci il tarixli qərarı ilə ədliyyə Nazirliyi ləğv edilmiş, Xalq Ədliyyə Komissarlığı yaradılaraq, onun səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, tə'limatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilmişdir. Lakin, 1930-cu ildə bu komissarlıq ləğv edilərək onun funksiyaları prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcraiyyə Komitəsinə və digər orqanlara verilmişdir.

           1933-cü ildə məhkəmələrin, prokurorluğun, istintaqın birləşdirilməsi, vahid məhkəmə siyasətinin həyata keçirilməsi, bütün hakimiyyət orqanlarının, təsərrüfat müəssisələrinin, ictimai birliklərin və fiziki şəxslərin hərəkətlərinin qanuniliyini müşahidə etmək məqsədilə Xalq Ədliyyə Komissarlığı yenidən təşkil edilmiş, onun səlahiyyətinə qanun layihələrinin hazırlanması, qanunların şərhi, məhkəmə kadrlarının hazırlanması, əhaliyə hüquqi yardımın təşkili, penitensiar sistemin idarə olunması, Ali Məhkəməyə, Dövlət prokurorluğuna və vəkillərə rəhbərlik etmək funksiyaları daxil edilmişdir.

1937-ci ildə Xalq Ədliyyə Komissarlığının yeni Əsasnaməsi təsdiq edilmiş, onun səlahiyyətləri xeyli məhdudlaşdırılmışdır. 1959-cu ildə Ədliyyə Komissarlığı yenidən ləğv edilmiş, məhkəmə orqanlarının fəaliyyətinə rəhbərlik və nəzarət, məhkəmə statistikasının aparılması Ali Məhkəməyə həvalə edilmişdir.

Ədliyyə Nazirliyinin yenidən yaradılması görkəmli dövlət xadimi cənab Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edildi və bununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələ başlanmış oldu. Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını tə'min etmiş, ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün zəmin yaranmışdır.

Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən və cənab Heydər Əliyev ölkə rəhbərliyinə gəldikdən sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər həyata keçirildi, Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və əhəmiyyəti artdı, səlahiyyət dairəsi genişləndi. Heç kimə sirr deyil ki, Respublikamız öz dövlət müstəqilliyini bərpa etdiyi gündən keçən 27 ildən artıq bir dövr ərzində çox uğurlu dinamik inkişaf yolu keçmiş, neçə-neçə tarixi nailiyyətlərə imza atmışdır. Sözsüz ki, bugünkü inkişafın, uğurların təməlində ulu öndər Heydər Əliyevin dövlət üçün, xalq üçün misilsiz xidmətləri durur.

Ölkəmizdə hüquqi dövlətin yaradılması, hüquq sisteminin köklü və kompleks qaydada yenidən qurulması üçün hər şeydən əvvəl yeni konsepsiya işlənib hazırlanmalı idi. Bu konsepsiya azad cəmiyyətin formalaşmasına, demokratik, hüquqi dövlət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının müdafiəsinə təminat yaratmalı idi. Böyük strateq, ulu öndər Heydər Əliyev yaxşı bilirdi ki, ölkənin milli Konstitusiyası olmadan hüquqi dövlət yaratmaq mümkün deyil. Təsadüfi deyil ki, müstəqil dövlətin yeni Konstitusiyasının layihəsinin hazırlanmasının təşəbbüskarı 1994-cü ilin ortalarında məhz ümummilli liderimiz Heydər Əliyev olmuşdur. Bununla əlaqədar müvafiq Komissiyanın yaradılmasına qədər ulu öndərimiz layihənin işlənib hazırlanmasına rəhbərlik etmiş və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş ilk milli Konstitusiyamız demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməlini qoymuşdur.

Müasir təkmil hüquq sistemini formalaşdırmaq üçün ulu öndər qabaqcıl beynəlxalq təcrübəni, ümumbəşəri demokratik prinsipləri rəhbər tutmaqla, Azərbaycan xalqının dövlətçilik tarixi və ənənələri əsasında islahatlar aparmağa başladı və bu məqsədlə 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaradıldı. Yeni hüquq sisteminin formalaşmasına müstəsna əhəmiyyət verən ulu öndər həmin komissiyaya rəhbərliyi bilavasitə öz üzərinə götürərək islahatların qısa müddətdə və mütəşəkkil aparılmasını təmin etdi.

Bu gün əminliklə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin hüquqi siyasət kursunu son illər möhtərəm Prezidentimiz İlham Əliyev yüksək əzmlə, yeni dövrün gerçəkliklərinə uyğundavam etdirərək ədliyyə sisteminin və məhkəmələrin fəaliyyətinin müasirləşdirilməsi, təkmilləşdirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə bir sıra mühüm təşəbbüslərlə çıxış edir, vacib qərarlar qəbul edir.

Azərbaycan Respublikasının Prezidenti seçilməsinin ilk dövrlərindən məhkəmə hakimiyyətinin müstəqilliyinə real təminatlar verən, məhkəmə sistemində fəaliyyətin ən müasir tələblər səviyyəsinə qaldırılmasını ön plana çəkən cənab İlham Əliyev möhkəm siyasi iradə nümayiş etdirərək dahi öndər Heydər Əliyevin təməlini qoyduğu islahatları yeni inkişaf mərhələsində uğurla davam etdirərək ədliyyə orqanlarının inkişafında misilsiz xidmətlər göstərmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2016-cı il tarixli müvafiq fərmanı ilə Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edilmiş, 26 may 2006-cı ildə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublkasının qanunu qəbul olunmuş və “Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublkası Prezidentinin 17 avqust 2006-cı il tarixli fərmanı qüvvəyə minmişdir. Qeyd olunan tədbirlərlə ədliyyə orqanlarının normativ-hüquqi bazası məhkəmləndirilmiş və Ədliyyə Nazirliyi ədliyyə sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, hüquq mühafizə orqanı statuslu mərkəzi icra hakimiyyəti orqanı kimi keyfiyyətçə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu tədbirlərin davamı olaraq nazirliyin struktur qurumları yenidən təşkil edilməklə müasir tələblər çərmivəsində fəaliyyət istiqamətlərini və statusu müəyyən edən əsasnamələr təsdiqlənmişdir.

Azərbaycan Respublkası Prezidentinin 25 avqust 2000-ci il tarixli fərmanı ilə Ədliyyə Nazirliyinin tərkibində ilk dəfə olaraq yeni İstintaq qurumu yaranmışdır. Ədliyyə naziri cənab Fikrət Məmmədovun 03 mart 2007-ci il tarixli əmri ilə İstintaq idarəsinin əsasnaməsi təsdiq edilmişdir. Nazirliyin 25 iyun 2007-ci il tarixli əmri ilə regional ədliyyə şöbələri yaranmış və 08 oktyabr 2007-ci il tarixdə isə regional ədliyyə şöbələrinin əsasnaməsi təsdiq edilmişdir. Prezidentin müxtəlif bölgələrində yaradılan regional ədliyyə şöbələrinin tərkibində müstəntiq ştatlarının yaradılması isə istintaq orqanının fəaliyyətinin səmərəliyini daha da artırmışdır.

Ölkə Prezidenti cənab İlham Əliyevin 25 avqust 2006-cı il tarixli fərmanı ilə Azərbaycan Respublkası CM-nin 196 (kreditor borclarını ödəməkdən qəsdən yayınma), 289 (məhkəməyə hörmətsizlik etmə), 303 (siyahıya alınmış və ya üzərinə həbs qoyulmuş, yaxud müsadirə olunmalı əmlak barəsində qanunsuz hərəkətlər), 305 (Azadlıqdan məhrum etmə növündə cəza çəkməkdən boyun qaçırma), 306-cı (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə maddələrinin, habelə 30 dekabr 2007-ci il tarixdə qüvvəyə minən yeni qanunla CM-nə əlavə edilmiş 317-1. (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi) və 317-2. (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddələri üzrə nəzərdə tutulmuş cinayətlərə dair ibtidai istintaqın aparılması Ədliyyə Nazirliyinə həvalə edilmişdir. Bundan başqa 28 dekabr 2012-ci tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanunu 08 fevral 2013-cü il tarixdə qüvvəyə mindikdən sonra AR CM-nin 306-cı maddəsinin təsiri altına düşmüşdür.

 Məhz ümummilli liderimiz başladığı köklü islahatların nəticəsidir ki, müasir Azərbaycan ədliyyəsinin inkişafı davamlı prosesə çevrilmiş, onun təməlini qoyduğu hüquqi islahatlar bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Dövət başçısının rəhbərliyi ilə son illər ədliyyə sisteminin müasirləşdirilməsi üzrə aparılan genişmiqyaslı islahatlar çərçivəsində Ədliyyə Nazirliyinin normativ-hüquqi bazası təkmilləşdirilmiş, ədliyyə orqanlarının statusu möhkəmlənmiş, fəaliyyət istiqamətləri daha da genişləndirilmiş, nazirlikdə yeni qurumlar, o cümlədən İnsan hüquqları və ictimaiyyətlə əlaqələr iddarəsi, müxtəlif reyestrlər, regional ədliyyə şöbələri yaradılmış, ədliyyə infrastrukturu xeyli yaxşılaşdırılmışdır.

Regional ədliyyə şöbələrinin yaradılmasında məqsəd yerlərdə ədliyyə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, onlara nəzarətin gücləndirilməsi, əhalinin bu qurumlara müraciət etmə imkanlarının asanlaşdırılması, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəsininn artırılması olmuşdur.

Azərbaycan ədliyyəsinə daim yüksək diqqət və qayğı ilə yanaşan dövlət başçısı İlhamƏliyev tərəfindən 18.11.2016-cı il tarixli Rərmanla “Ədliyyə orqanlarının inkişafı haqqında” 17.08.2006-cı il tarixli Fərmanına mühüm dəyişiklik edilmiş, o cümlədən regional qurumların statusu yüksəldilmişdir. Belə ki, hələ Regional ədliyyə şöbələri yarandığı ötən dövrdə onların fəaliyyəti nəticəsində yerli ədliyyə qurumları ilə işin səmərəliliyi artırılmış, idarəetmədə çeviklik təmin olunmjuş, əhaliyə keyfiyyətli hüquqi yardımın göstərilməsi və vətəndaşların ədliyyə orqanlarına əlçatanlıq imkanları xeyli yaxşılaşdırılmışdır. Yerli ədliyyə qurumlarının iş yükünün kəskin arması ilə əlaqədar onlarrın işinin əlaqələndirilməsi və digər mühüm funksiyalar həyata keçirilməklə yuxarı orqan olan regional ədliyyə şöbələrinin                                                                  fəaliyyətinin gücləndirilməsi üçün onların statusunun yüksəldilməsinə ehtiyac yaranmışdır. Ona görə də ədliyyə naziri cənab Fikrət Məmmədovun Regional ədliyyə qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər barədə əmri ilə Regional ədliyyə şöbələri yenidən təşkil olunraq həmin qurumların bazasında regional ədliyyə idarələri yaradılmışdır.

 Regional ədliyyə idarələrinin fəaliyyət istiqamətləri çoxşaxəlidir. Belə ki, idarə regionlarda ədliyyə orqanlarının fəaliyyətinə nəzarət edir və onların fəaliyyətini əlaqələndirir, bələdiyyələrə metodiki köməklik göstərir və onların fəaliyyətinə inzibati nəzarəti həyata keçirir, qanunvericiliklə müəyyən edilmiş cinayətlər üzrə ibtidai istintaq aparır, qeydiyyat və notariat işinin təşkilində iştirak edir, məhkəmə qərarlarının icrasının təşkilində iştirak edir; hüquqi maarifləndirmə işini həyata keçirir, qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

Ötən ilin peşə bayramından sonrakı dövr ərzində İdarədə müraciətlərə baxılması və vətəndaşların qəbulu işinə ciddi fikir verilmişdir. Belə ki, qəbul gününü və saatını göstərən lövhə inzibati binada hamının görə biləcəyi yerdən asılmış, vətəndaşlar maneəsiz rəhbərlik və əməkdaşlar tərəfindən qəbul edilmişlər.    

 Bundan başqa Virtual qəbulun təşkilinə də idarə tərəfindən xüsusi fikir verilmişdir. Belə ki, İdarə tərəfindən təşkil edilmiş virtual qəbul zamanı vətəndaşlar İcra baş idarəsinin,Bələdiyyələrlə iş mərkəzinin, Qeydiyyat və notariat baş idarəsinin, Penitensiar xidmətin və Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəhbərliyi tərəfindən qəbul edilmişdir.

İdarənin əməkdaşları üçün çox yüksək səviyyədə iş şəraiti yaradılmışdır. İmişli şəhərində idarə üçün müasir İKT-lərlə təchiz olunmuş əzəmətli, dördmərtəbəli inzibati bina inşa edilib.

 Azərbaycan ədliyyəsinin 1918-ci ildə yaranmasına və bu dövlət təsisatının tarixinin həmin vaxtdan hesablanmasına baxmayaraq, ədliyyə işçilərinin peşə bayramı çox illər ərzində təsis edilməyərək qeyd edilməmişdir. Ədliyyə işçilərində və hakimlərdə mənəvi stimul yaradılması məqsədilə onların peşə bayramı gününün müəyyən edilməsinə təşəbbüs göstərilərək 22 noyabr - 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günün ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilməsi üçün dövlət başçısına müraciət edilmiş və ulu öndərin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə hər il 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilmişdir.

Ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilməsi ədliyyə orqanlarına yüksək dövlət qayğısının i9fadəsi olmaqla yanaşı, fəaliyyətimizə verilən böyük dəyərin təzahürüdür.

Azərbaycan ədliyyəsinin ölkəmiz və dövlətçiliyimiz üçün çox böyük və əlamətdar hadisə olan 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 26 yanvar 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan ədliyyəsinin 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq silsilə tədbirlər keçirilir.

Azərbaycan ədliyyəsinin 100 illik yubileyinin idarədə xüsusi təntənə ilə qeyd edilməsi üçün idarənin iclasında tədbirlər planı hazırlanaraq təsdiq edilmişdir. Tədbirlər planına uyğun olaraq region üzrə orta məktəblərin 11-ci siniflərində ədliyyə tarixi ilə bağlı mühazirələrvə açıq dərslər təşkil edilir. İdarədə “açıq qapı” günü müəyyən edilmiş, həmin gün hüququn bütün sahələri vətəndaşları narahat edən məsələlərlə bağlı hər bir müraciət edən vətəndaş qəbul ediləcəkdr. Bayram ərəfəsində idarədə dəyirmi masa təşkil edilməsi nəzərdə tutulmuşdur.                                                  

Sonda əminliklə qeyd etmək istəyirəm ki, ədliyyə işçilərimiz bundan sonra da ölkə prezidentinin həyata keçirdiyi müdrik və uzaqgörən dövlət siyasətini tam dəstəkləyərək, respublikamızda həyata keçirilən hüquqi dövlət quruculuğu prosesində

üzərlərinə düşən bütün vəzifələri yüksək məsuliyyət hissi ilə dərk etməklə, onların vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nail olaraq dövlət müstəqilliyimizin və suverenliyimizin müdafiəsi, insan hüquq və azadlıqlarının təmin edilməsi naminə tam gücləri ilə işləyərək respublikamızın daha da inkişafına xidmət edəcəklər.

 Hakim Məmmədov

İmişli regional ədliyyə idarəsinin rəisi,

baş ədliyyə müşaviri                                                                        

ŞƏRHLƏR