"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bir daha Binəqədi rayonu haqqında…TƏƏSÜRAT

--2019-01-27 / 15:44

Binəqədi rayonunda keçirilən növbəti hesabat yığıncağına dəvət alanda fikirləşirdim ki, təşkilatçılar görəsən bu dəfə bizi nə ilə təəccübləndirəcəklər.

Həm ciddi bir məmur, həmdə yaradıcı insan kimi şəxsiyyətinə hörmət etdiyim Ramiz Göyüşovu görəndə tədbirin məhz bu ünvanda olacağına şübhəm qalmadı.

Hörmətli Ramiz Göyüşovla və yüksək intellekt sahibi olan Aygün Əliyeva ilə görüşüb akt zalına keçmək istədikdə, Ramiz müəllimin “siz içəri geçməyin, burda olun”-deməsi nə isə tədbirdən öncə maraqlı bir hadisənin olacağından xəbər verdi. Həqiqətən, elə də oldu.

Dəhlizdə Binəqədi sakini hərəkət məhdudiyyəti olan Səbuhi Talıbovun əl işlərindən ibarət sərginin təşkili, üstəlik Azərbaycan Demokratik Cumhuriyyətinin 100 illik və dahi Nəsiminin 650 illik yubileyinə həsr edilmiş guşənin təşkili diqqətimdən yayınmadı.

Qonaqlar gəlincə isə xanım Aygün Əliyeva ilə maraqlı söhbətim məni artıq dəhlizdə yaranan bu gözəl abu-havaya çəkdi.

Binəqədi RİH başçısı Elxan Allahverdiyev, millət vəkilləri Azay Quliyev və Kamran Bayramovun da diqqətindən əl işlərindən ibarət sərgi yayınmadı. Azay müəllimin “əl işlərinin sərgi-satışı təşkil edilibmi”-sualına Səbuhinin tərəddüdlə cavab verməsinə- “bu işə ciddi şəkildə məşğul olacağam “-dedi və köməkçisinə bu barədə göstəriş verdi. Deməliyəm ki, Azay müəllim, həm də Binəqədi rayonundan seçilən millət vəkilidir.

Hərəkət məhdudiyyəti olan Səbuhi Talıbov üçün həmin gün çox yaddaqalan olacaq. Bu görüşün ona bir stimul verməsiydi ki, Səbuhi həvəslə öz əl işlərini təqdim edir və əsərlərinin üzərində saatlarla işləməsi barədə qonaqlara danışırdı.

Dahi Nəsimiyə həsr olunmuş guşədə isə şairin libasında olan aktyorun şeir parçasını söyləməsi isə sanki birinci hissənin kulminasiya nöqtəsi oldu.

Beləliklə, tədbir yüksək əhval-ruhiyyə ilə işə başladı.

***

İlk dəfə idi ki, Binəqədi rayonuna yeni təyin edilən icra başçısının iştrakıyla keçirilən tədbirdə iştirak edirdim. Amma bundan əvvəl onunla bir dəfə qarşılaşmışdım. Bu qarşılaşmanında maraqlı tarixçəsi var.

Prezident sərəncamıyla Elxan Allahverdiyev 2018-ci ilin 6 iyun tarixində Binəqədi RİH başçısı təyin edilib. Əlavə edim ki, 6 iyun tarixi Elxan müəllim üçün daha bir məqama görə əziz bir gündür. Bu barədə bir qədər sonra.

7 iyun tarixində təqdimata getməmiş Elxan Allahverdiyev qardaşıyla birgə dünyasını dəyişmiş valideynlərinin ziyarətinə gedir. İki qardaş valideynlərinin məzarını ziyarət edərək yasın oxudub, geri qayıdırlar. Məndə həmin vaxt, səhər tezdən yaxın qohumumun məzarüstü abidəsini götürən vaxtı, orada idim. Bu kövrək məqamı açığı mən heç kimdən eşitməmişəm. Yəni özüm şahidi olmuşam.

Sonradan yaxınlıqda olan ailə qəbrstanlığını məndə ziyarət etdim və 6 iyun tarixinin Elxan müəllimin atası professor Şamil İsmayil oğlu Allahverdiyevin həmdə ad günü olduğunu gördüm.

Bu hadisəni bəlkə yazmamaqda olardı. Amma bunu bir məqama görə qeyd etdim - o da icra başçısının yüksək intellekt sahibi olmasıyla yanaşı, həmdə səmimi və kökü olan, el arasında deyilən kimi, yeddi arxa dönənini tanıyan şəxs olmasını göstərmək idi.

Sözsüz ki, Binəqədi RİH-in inzibati binasının yerləşdiyi səmti tanısamda, binada bir dəfə olsun olmamışam, kimin də harada oturduğunu da bilmirəm. Açığı heç maraqlanmaq fikrimdə yoxdur.

Sadəcə, demək istədiyim odur ki, Binəqədi sakinlərinin bəxti bu dəfə də gətirib-yəni Cənab Prezident səmimi, intellektli və kökü olan bir şəxsi bu həssas rayona icra başçsı təyin edib. Odur ki, gec də olsa Elxan Allahverdiyevi təbrik edirəm.

***

İndi isə tədbirdə diqqətimi çəkən bəzi məqamlara toxunmaq istərdim. Hesabat məruzəsiylə çıxış edən xanım Ləman Əliyeva və Dilbər Şükürova və Binəqədi bələdiyyəsinin sədri Salman Umudov çıxışlarında maraqlı məqamlara toxundular. Diqqətiçəkən layihələrin icra edildiyini qeyd etdilər. Hörmətli millət vəkilləri Azay Quliyev və Kamran Bayramov öz təklif və tövsiyələrini verdilər.

Lakin mən tədbirin bu hissəsində sakinlərin məruzə ətrafındakı çıxışları barədə qeyd etmək istərdim.

Elxan Allahverdiyevin sakinlərə fikir bidirməyə, təklifləri və problemləri barədə danışmaq üçün şərait yaratması gözlənilən idi. Ən çox bu məqamda onun səbr və təmkinlə sakinləri dinləməsi diqqətimdən yayınmadı.

Gördüyü işlərin, həyata keçirdiyi layihələrin təbliğinə maraqlı olmasa da, Elxan müəllim sakinləri maraqlandıran məsələlərə elə yanaşırdı ki, hiss edirdin ki, az müddətdə rayon haqqında hər bir məlumatı vardır.

Bu arada qeyd edim ki, icra və bələdiyyə qurumlarının birgə hesabat verməsi ənənəsi, rəyasət heyətində icra nümayəndələriylə bərabər bələdiyyə sədrinin oturması ənənəsi də məhz bu rayonda formalaşıb. Bu sözsüz ki, bələdiyyələrə göstərilən bir diqqətdir. Çünki hər bir rayonda formalaşan bələdiyyələr məhz icra strukturlarının “sağ əli” kimi çıxış etsələrdə, məqamında gördükləri işlər, həyata keçirdikləri layihələr bəzən lazımi səviyyədə təqdim olunmur. Məhz bu diqqətin nəticəsidir ki, Binəqədi rayonunda formalaşan beş bələdiyyə rayonda bir sıra ciddi layihələrə imza atıblar.

***

Yazını oxuyan şəxslərdə elə fikir formalaşa bilər biz bu yazıyla nə isə, kimi isə tərif etmək və nöqsanları görməmək fikrindəyik.

Xeyr, bu əsla belə deyil. Nöqsan və problem hər zaman olub və iş olan yerdədə problemdə olacaqdır. Bu da təbiidir. Lakin biz bu yazıyla görülən işləri, xüsusəndə bələdiyyələrin gördüyü işi lazımı səviyyədə təqdim edilməsinə şərait yaradıldığını diqqətə çəkmək istərdik.

İstənilən halda belə qənaətə gələ bilərik ki, rayonda dövlət siyasəti uğurla həyata keçirilir.

Vüqar Tofiqli

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyin sədri

ŞƏRHLƏR