"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədinin təcrübəsi yayıla biləcək bələdiyyələri

--2018-02-14 / 10:30

Bələdiyyə sistemiylə bağlı olan və olmayan hər bir ölkə vətəndaşı gözəl bilir ki, Ulu Öndər Heydər Əliyevin uğurla həyata keçirdiyi layihələrdən biri də Azərbaycanda bələdiyyə strukturunun formalaşması olub.

Bu gün bu sistemin fəaliyyəti üçün zəruri olan onlarla qanun və normativ-hüquqi sənədlər məhz Heydər Əliyevin imzasıyla   qüvvəyə minib.

Bu gün bələdiyyə sistemi dahi şəxsiyyətin layiqli davamçısı İlham Əliyev tərəfindən ölkədə aparılan uğurlu siyasət nəticəsində inkişaf etməkdədir.

***

Hər bir Azərbaycan bələdiyyəsinin fəaliyyətinə qısa bir nəzər yetirsək inkişaf səviyyəsinə və ictimai məkanda əldə etdikləri nailiyyətlərə görə 18 illik dövrü bir neçə mərhələyə bölmək olar.

Bu gün bu məqamla bağlı Binəqədi bələdiyyələrinin fəaliyyətini təhlil etmiş olsaq 18 illik dövrü iki əsas mərhələyə bölmək mümkündür.

1999-2014-ci illər bir mərhələ, 2015-2018-ci illəri isə ikinci mərhələ hesab etmək olar.

Birinci mərhələdə Binəqədi rayonunda formalaşan beş bələdiyyəyə təcrübəli üzvlər seçilsə də, on beş illik dövr   daha çox  “qara” rənglə yaddaşlarda qaldı.

İlk mərhələdə bələdiyyələr bir struktur olaraq formalaşsa da, ictimai nüfuz qazana bilmədi.

Sözsüz ki, bu illər ərzində rayonda bir sıra ciddi layihələrin icra olunması qeyd edilməlidir. Binəqədi qəsəbə, Biləcəri və Xocasən bələdiyyəsi ən müasir standartlara cavab verən inzibati binaların inşasına, habelə Biləcəri bələdiyyəsi bir qədər də irəli gedərək qəsəbədə dəyəri bir milyon manatdan artıq olan “Həyat” körpüsünün salınmasına nail ola bildi.

Lakin az-çox həyata keçirilən layihələrə baxmayaraq   cəmiyyətdə bələdiyyələr nüfuz sahibi ola bilmədilər. Əksinə bu illər ərzində daha çox torpaqsatan qurum kimi tanındılar. Və nəticədə bir sıra bələdiyyə sədrlərinə qarşı cinayət işi açıldı.

2014-cü ilin dekabrında keçirilən bələdiyyə seçkilərinə hazırlıq mərhələsi Binəqədi bələdiyyələri üçün dönüş ili hesab edilə bilər.

Tam səmimi etriaf edilməlidir ki, Binəqədi Rayon İcra Hakimiyyətinin və YAP-ın Binəqədi rayon təşkilatının təşəbbüsü və dəstəyi ilə seçkilərə gənclərin və qadınlaırn namizəd kimi verilməsi sürətləndi. Maraqlı məqam onda idi ki, irəli sürülən namizədlərin gənc, lakin tam siyasi yetgin şəxslər idi.

Məhz bu təşəbbüsün nəticəsi idi ki, bu gün Binəqədi rayonunda seçilən sədrlərin hamısı gənc, siyasi cəhətdən yetgin və təcrübəli şəxslərdir.

Bu gün Binəqədi RİH-in və xüsusiylə rayonun siyasi rəhbərinin dəstəyi sayəsində Binəqədı rayon və M.Ə.Rəsulzadə bələdiyyəsinin fəaliyyəti təcrübəsi yayıla biləcək səviyyəyə çatıb.

Hazırda Binəqədi bələdiyyəsinin sədrinin Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədr müavini seçilməsi, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədrinin Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri vəzifəsinə seçilməsi və Avropa və beynəlxalq təşkilatlarda ölkəmizi layiqincə təmsil etməsi   Binəqədi rayonun fəaliyyətinə verilən qiymət və etimad hesab edilməlidir.

Hazırda büdcə gəlirlərinə görə, Bakının 12 rayonunda formalaşan 53 bələdiyyə arasında ümumi gəlirin 22 faizi Binəqədi rayonun payına düşür. Bu rəqəmlə rayon birinciliyi iki ildir əldən vermir.

M.Ə.Rəsulzadə bələdiyyəsi ötən il 718 min manat maliyyə vəsaiti əldə etməklə 141 qəsəbə bələdiyyəsi arasında birinci yerdə gedir. Nəzərə alınmalıdır ki, əldə edilən vəsaitin 500 min manatından çox hissəsi əmlak və torpaq vergisindən yığılıb.

Binəqədi rayon bələdiyyəsinin şəhər bələdiyyələri arasında birinci beşlikdə olması böyük nailiyyət hesab etmək olar.

İl ərzində beş bələdiyyənin irili-xırdalı 500-dən çox layihənin icra etməsi bu bələdiyyələrdə yaranmış sağlam və işgüzar mühitdən xəbər verir.

Binəqədi RİH-in bələdiyyələrin fəaliyyətinin diqqətdə saxlaması və layihələrin icrasına daim dəstək verməsi yerli orqanların uğurlarını bir qədərdə artırıb.

Bu arada Binəqədi qəsəbə bələdiyyəsinin sədrinin “Tərəqqi” medalıyla təltif edilməsi də xanım sədrin tək siyasi deyil, həm də onun bələdiyyədəki fəaliyətinə də verilən qiymət də hesab edilməlidir.

Sözsüz ki, bu gün Binəqədi bələdiyyələrində müəyyən problemlərə rast gəlmək olar. Və bu problem müşahidə edilən səviyyədədir.

Lakin Binəqədi RİH-in dəstəyi və tövsiyyəsi, bələdiyyələrin son üçildəki qənaətbəxş fəaliyyəti rayon bələdiyyələrinin bundan sonra da nüfuzunun artacağından və sosial layihələrin daha uğurla icra ediləcəyindən xəbər verir.

Vüqar Tofiqli

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri

ŞƏRHLƏR