"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədinin balaca fidanları Şəhid anasını doğum günü münasibətilə təbrik etdilər

--2016-09-02 / 21:56

Binəqədi rayonunda 31 avqust tarixində 2 aprel döyüşlərində qəhrəmancasına şəhid olan Fəxrəddin Qurbanlının anasının doğum günü qeyd edilib.

Belə ki, Binəqədi rayon İcra Hakimiyyətinin əməkdaşları, bələdiyyə, icra nümayəndəsi, rayon gəncləri və ASAN könüllüləri, Azərbaycan milli komandasının üzvü, "Neftçi İdman Klubu”nun cüdoçusu,  Rio de Janeyro–2016 Yay Olimpiya Oyunlarının gümüş medalçısı Rüstəm Orucov və 86 saylı uşaq bağçasının balaca fidanları şəhidin evinə gedərək anasını doğum günü münasibətilə təbrik ediblər.

Şəhid anasını təbrik edərək ona cansağlığı diləyib və Fəxrəddin kimi vətənə layiqli  övlad bəxş etdiyi üçün təşəkkür ediblər.

Şəhid anası ona göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Daha sonra rayonun balaca fidanları şəhid anasını öz şeir töhvələri ilə təbrik ediblər.

Sonda rayon adından şəhid anasına hədiyyə təqdim edilib. 

Belediyye.info

ŞƏRHLƏR