"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədinin alicənab və səmimi insanları haqqında -FOTO

--2018-10-21 / 16:58

(Ağacəkmə aksiyasındakı iştirakımdan qısa bir xatirə)

Bu günlərdə Binəqədi bələdiyyələri daha bir ilkə imza atdılar. Ötən həftə beş bələdiyyə sədrinin iştirakıyla keçirilən ğörüşdə birgə ağacəkmə aksiyasının keçirilməsiylə yanaşı, həmdə bələdiyyələrdə formalaşdırılan ən yaxşı məhəllə komitə sədrlərinin və ən yaxşı vergi ödəyicisinin seçilməsi üçün müsabiqə komissiya yaratmaq qərara alınmışdı.

Ötən şənbə günü beş bələdiyyənin kollektivi Abay Kunanbayev küşəsi ilə S.S.Axundov küçəsinin kəsişməsi səmtində, metronun Dərnəgül stansiyasının üstündəki geniş ərazidə gün ərzində hər bələdiyyə üç yüz ədəd olmaqla ağacəkmə aksiyasını həyata keçirdilər.

Akisyada M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynovun dəvətiylə mən də iştrak edəsi oldum.

Tədbirdə iştirak edən onlarca tanıdığım insanlarla görüşüb dərdləşdik, bələdiyyələrin fəaliyyətiylə bağlı məsələləri müzakirə etdik və özümə də üç ağac əkmək qismət oldu.

Sonda maraqlı təqdimetmə mərasimi keçirildi. Müsabiqə komissiyasının müəyyən etdiyi hər bələdiyyədən bir nəfər olmaqla məhəllə komitəsinin sədrinə və ən nümunəvi vergi ödəyicisinə diplomlar və qiymətli hədiyyələr təqdim edildi. Və mənə də bu prosesdə aktiv iştirak etmək qismət oldu. Sözsüz ki, tədbir təşkilatçılarının təşəbbüsü ilə...

Bu tədbirlə bağlı qısa bir məlumat idi.

Lakin mənim üçün yaddaqalan məqamlar isə aksiyada qarşılaşdığım insanlarla qısa da olsa söhbətlərim oldu. Əvvəlcədən deyim ki, bələdiyyələrin bu təşəbbüsünə Binəqədi RİH başçısı Elxan Allahverdiyevin qatılması aksiyaya ayrı bir nəfəs vermiş oldu.

Səmimi insanlarla maraqlı söhbətim olmasaydaı bəlkədə bu tədbirdə iştirakım yaddaşımda qalmazdı.

Aksiyada Binəqədi RİH başçısının müavini, alicənab xanım Aygün Əliyeva ilə ayaqüstü söhbətim məmur-xanımın bu qədər yüksək intellekt sahibi olduğunun bir daha şahidi oldum.

YAP-ın Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşovun səmimiyyətinə isə söz ola bilməzdi. Şəkil çəkdirmək məqamında zarafatyana “gəl Vüqar müəllim, gəl siz də tarixə düşün”- deməsi isə məmur-təşkilat sədrinin səmimiyyətindən xəbər verirdi. Və bu arada dahi Səməd Vurğunla Xan Şuşinskinin məhşur dialoqunu misal çəkməsi də diqqətimdən yayınmadı...

Bəli, gün ərzində binəqədililərdən yüksək dərəcədə müsbət enerji almaq şansım oldu. Və məndə bu şansdan yaxşıca istifadə etdim.

Sözsüz ki, indiki həssas məqamda bu tipli tədbirlərin təşkili kollektivlər arasında canlı ünsiyyəti atrırır. Üstəlik eks-bələdiyyə sədrlərinin bu tədbirə qatılmaları tədbirin diqqətiçəkən məqamlarından sayıla bilər. Etiraf edim ki, yekunda çay süfrəsinin təşkili mənə ayrı bir zövq verdi.  

Sonda məni bu aksiyaya dəvət edən M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri, dəyərli insan Hümbət Hüseynova və tədbirin təşkilində zəhməti olan hər kəsə, xüsusəndə Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyevaya təşəkkürümü bildirirəm.

Binəqədililərə dərin hörmətlə Vüqar Tofiqli

ŞƏRHLƏR