"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədidə Novruz iməciliyi keçirilib

--2017-03-13 / 09:40

Binəqədi rayonu zeytunluq ərazisində Ümumrayon Novruz iməciliyi keçirilmişdir.  Bu barədə məlumatı Binəqədi RİH yayıb.

 Aksiyada ümumilikdə 250 nəfərdən çox olmaqla RİH başçısı aparatınin kollektivi, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, rayon yaşıllaşdırma sahəsinin əməkdaşları, YAP Binəqədi rayon təşkilatının, Rayon Gənclər və İdman idarəsinin fəalları iştirak etmişdirlər. 

Aksiya zamanı ərazidə təmizlik-abadlıq işləri aparılıb, öncədən əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib, ərazilər alaq otlarından  təmizlənmişdir. Həmçinin ərazilər tullantılar, metal qırıntıları və digər lazımsız materiallardan təmizlənərək, səliqə-səhman yaradılmışdır. O cümlədən, yolun sağ və sol istiqaməti boyunca əkilmiş ağaclara qulluq edilmiş, dibləri  bellənərək suvarma işlərini həyata keçirilibdir.

Belediyye.info. 

ŞƏRHLƏR