"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi RİH: “Əsas məqsəd sakinlərin tam rahatlığının təmin edilməsidir”- SƏRƏNCAM VAR, BƏS İCRA

--2019-10-06 / 09:21

Bu günlərdə Binəqədi rayon ərazisində olan Ayna Sultanova adına parkla bağlı Belediyye.infoda (http://belediyye.info/new/details/ayna-sultanovanin-heykeli-sokulur--5490.htm) məlumat verilmişdi.

Məsələ ilə bağlı parkda aparılan işlərlə bağlı son vəziyyəti öyrənmək məqsədiylə Binəqədi RİH-ə müraciət etdik. İcra Hakimiyyyətinin baş məsləhətçisi Kənan Kərimov Belediyye.infonun suallarını cavablandıraraq bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin ötən ilin dekabr ayında imzaladığı sərəncamla Binəqədi rayonunda abadlıq-quruculuq tədbirlərinin davam etdirilməsi, o cümlədən Ayna Sultanova adına parkda yenidənqurma işlərinin aparılması məqsədilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Binəqədi Rayon İcra Hakimiyyətinə 1,5 milyon manat vəsait ayrılıb.

Parkda görülən abadlıq quruculuq işləri uğurla həyata keçirilir. Ərazidə görülən işlər artıq yekunlaşmaq üzərədir və ilin sonuna qədər parkın tam istifadəyə verilməsi gözlənilir.

Görülən işlər çərçivəsində parkda 5000 minə yaxın ağac və müxtəlif növ gül kollar əkilib. 5700 kv yeni yaşıl ot örtüyü salınıb. Əsaslı bərpa layihəsində əsas məqsəd sakinlərin tam rahatlığı üçün nəzərdə tutulub. Bunun üçün parkda yeni söhbətgah, yeni oturacaqlar və müasir işıq dirəkləri quraşdırılıb.

Eyni zamanda uşaqların vaxtını maraqlı və səmərəli keçirməsi üçün oyun ərazisi salınıb.

Parkda yerləşən Ayna Sultanovanın heykəli üzərində restavrasiya işləri aparılıb.

İşlər tam yekunladıqdan sonra media nümayəndələrinin iştirakı ilə parkın açılışı həyata keçiriləcək.

Belediyye.info

 

ŞƏRHLƏR