"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi RİH-də yeni təyinat

--2019-10-10 / 17:56

Binəqədi Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı gerçəkləşib. İcra başçısı Elxan Allahverdiyevin müvafiq əmriylə bundan əvvəl RİH başçısının köməkçisi işləyən Cahangirzadə İskəndər Kamil oğlu Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri təyin edilib.

Xatırladaq ki, bundan əvvəl həmin şöbənin müdiri işləmiş, YAP-ın Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov RİH-dəki dövlət qulluğuna xitam verərək təqaudə çıxıb.

Qeyd edək ki, 38 il dövlət qulluğunda çalışan hörmətli Ramiz Göyüşov uzun müddət Mingəçevir ŞİH və Binəqədi RİH- də məsul vəzifələrdə çalışmış və hazırda YAP-ın Binəqədi təşkilatının sədri vəzifəsində fəaliyyətini davam etdirir.

Belediyye.info

ŞƏRHLƏR