"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi rayonunda ümumrayon iməcliyi keçirilib

--2016-09-03 / 20:55

Binəqədi rayonunda ekologiyanın və ətraf mühitin mühafizəsi məqsədilə ənənəvi olaraq müxtəlif ərazilərdə təmizlik və abadlıq aksiyaları keçirilib. Bu barədə məlumatı Binəqədi RİH yayıb.

Binəqədi rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən aksiyada İcra Hakimiyyətinin və YAP Binəqədi rayon təşkilatının əməkdaşları, Gənclər Birliyinin fəallarının, rayonun bələdiyyələri, Binəqədi rayon Yaşıllaşdırma İdarəsinin əməkdaşlarının iştirakı ilə Biləcəri qəsəbəsi Natəvan küçəsində Şamlıq ərazisində genişmiqyaslı təmizlik aksiyası keçirilib. Ümumilikdə 250 nəfər  fəal iştirak ediblər.

Aksiya çərçivəsində Şamlıq ərazisi ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənib. Məişət tullantılarının ətrafa yayılmasının qarşısını almaq, eləcə də onların daşınmasının asanlaşdırmaq məqsədilə aparılan təmizlik işlərinə 3 Kamaz, 2 xüsusi təyinatlı maşın cəlb olunub. Aksiya iştirakçıları Azadlıq prospekti boyunda təmizlik və abadlıq işlərini davam etdiriblər. Azadlıq prospektində 300 kvadrat metr əraziyə qazon örtüyü salınıb və ətrafa 100-dən artıq rəngbərəng qızılgül kolları əkilib.

Azadlıq prospekti 189 ünvanında yaşlı və gənc nəsilin istifadəsi üçün söhbətgah, uşaqlar üçün oyun meydançası, məhəllədaxili park qurularaq sakinlərin ixtiyarına verilib.

Bundan başqa, Azadlıq prospekti boyunca yol kənarlarında velosiped yolu işarələnək rənglənib.  Məlumatda daha sonra qeyd edilir ki, təmizliyin qorunmasında mühüm əhəmiyyət kəsb edən ictimai dəstəyə nail olmaq məqsədilə belə aksiyaların ənənəvi şəkildə keçirilməsi planlaşdırılır.

Belediyye.info

ŞƏRHLƏR