"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi rayonunda Rumıniya Mədəniyyəti Günü ilə bağlı tədbir keçirilib

--2017-01-17 / 15:48

16 Yanvar 2017 – ci il tarixində Binəqədi rayonu ərazisində yerləşən dahi rumın bəstəkarı  Corc  Enescu adına parkda Rumıniyanın  Mədəniyyəti Günü ilə bağlı tədbir keçirilmişdir. Bu barədə məlumatı Binəqədi RİH yayıb.

Məlumatda qeyd edilir ki, Mədəniyyət günü Rumıniyanın xalq şairi Mihai Emineskunun dünyaya gəlməsi ilə eyni gündə keçirilir. Bu tarixin Rumıniyanın mədəniyyət günü kimi seçilməsində xüsusi önəm vardır. Belə ki, Mihai Eminesku müasir rumın dilinin inkişafına verdiyi üstün töhfələrə görə, Rumıniya mədəniyyətinin “dan ulduzu” adlandırılaraq əsas simvol hesab olunur.

Keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının  müavini Aygün Əliyeva, Rumıniya dövlətinin ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Dan İanku, Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları Seymur Hacıyev və Emil Lətifov,   Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1 saylı  qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndəsi Dilbər Şükürova, səfirliyin və  Binəqədi Rayon bələdiyyəsinin əməkdaşları iştirak etmişdirlər.

Əvvəlcə səfirliyin əməkdaşları və tədbir iştirakçıları tanınmış  rumın bəstəkar Corc  Enescunun  Bakının Binəqədi rayonunda yerləşən abidəsi qarşısına əklil və çiçəklər qoymuşdurlar.

Sonra Azərbaycan və Rumıniya Respublikalarının Dövlət himnləri səsləndirildi.

Tədbiri çıxış nitqi ilə açıq elan edən Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku çıxışında tədbir iştirakçılarına tədbirin mahiyyətini izah edərək iki ölkə arasında olan dostluq münasibətlərindən danışdı. O deyib ki, Azərbaycanda Rumıniya Mədəniyyəti Gününün keçirilməsi iki dövlət arasında humanitar əlaqələrin inkişafı üçün böyük əhəmiyyətə malikdir. Səfir o cümlədən, təşkilatçılığa görə Binəqədi Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirmişdir.

 Səfirdən sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının  müavini Aygün Əliyeva, iki ölkə arasında olan dostluq münasibətlərindən danışaraq bu formada olan mədəni tədbirlərin vacibliyini, ölkələrimizin müxtəlif sahələrdə sıx əməkdaşlığını, xalqlarımızın uzun illərdir dostluq etdiyini, bir-birinin mədəniyyətinə və ənənələrinə hörmətlə yanaşdıqlarını qeyd etmişdir.

 Çıxışlardan sonra şairə, Rumıniya səfirliyinin əməkdaşı Fəridə Hacıyeva Corc Eneskunun Azərbaycan dilinə tərcümə etdiyi şeirlərini səsləndirdi. Tədbirin bədii hissəsi Azərbaycanda yaşayan rumın ailənin azyaşlı övladının səsləndirdiyi şeirlə bitdi.

 Belediyye.info

ŞƏRHLƏR