"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi qəsəbəsində anım tədbiri keçirilib

--2016-05-14 / 18:41

Bu gün Binəqədi rayonunda qoşunların təmas xəttində torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olmuş Binəqədi qəsəbə sakini olmuş Emin Bağırovun 40 mərasimi keçirilib. Mərasimdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Madər Musayev və Kamaləddin Qafarov, RİH başçısının müavinləri və aparatın şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon bələdiyyələri, idarə, müəssisə və təşkilatların kollektivləri və  ictimaiyyət nümayəndələri iştirak ediblər.

Binəqədi Rayon İcra Hakimiyyətinin yaydığı məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən şəhid Emin Bağırov müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif olunub.

“Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal şəhidin atası İmran Bağırova təqdim edilib.

Mərasimdə iştirak edən Müdafiə Nazirliyinin nümayəndəsi şəhidin keçdiyi döyüş yolundan, onun döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan danışıb.

Qeyd edək ki, Emin Bağırov aprelin 2-də qoşunların təmas xəttində torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olub. Şəhid doğulduğu Binəqədi qəsəbəsində yerləşən kənd qəbirstanlığında torpağa tapşırılmışdır.

Allah rəhmət eləsin!

Belediyye.info

 

ŞƏRHLƏR