sorğu
Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsinin yaydığı məlumata görə, bələdiyyə stasionar ödəniş terminalına qoşulub.
İlk olaraq “MilliÖN” ödəniş terminalına qoşulmaqda məqsəd vergi ödəyicilərinin rahatlığı təmin etməkdir.
Bələdiyyədən bildiriblər ki, yaxın günlərdə bələdiyyə digər ödəniş sistemlərinə qoşulmaqla bərabər, post terminalların bələdiyyənin inzibati binasında quraşdırılması da nəzərdə tutulub.
Artıq bu ödəniş sistemiylə bələdiyyə büdcəsinə ay ərzində ümumi gəlirlərin 30 faizədək hissəsi daxil olub. Gələcəkdə bu rəqəmin artacağı gözlənilir.
Belediyye.info