"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi məktəbliləri “ölkəmizi tanıyacaqlar"

--2016-11-12 / 19:33

 12 noyabr tarixində Binəqədi rayonu, Heydər Əliyev adına istirahət parkında dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü əlaqədar “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində binəqədili məktəblilərinin Cənub bölgəsinə yolasalınma mərasimi keçirildi. Bu barədə məlumati Binqədi RİH yayıb.

Yolasalma mərasimdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Aparatın şöbə müdirləri, Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, Milli qəhrəman Bəxtiyar Allahverdiyev, məktəb direktorları, valideynlər , məktəblilər, ASAN Könüllüləri və YAP Gənclər Birliyinin fəalları iştirak etmişdirlər.

İlk öncə səhər sübh saatlarında dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü özündə əks edən atəşfəşanlıq keçirilmişdir.

Sonra tədbir iştirakçıları və binəqədili məktəblilər ümummilli lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasının qarşısında ucaldılan abidəsini ziyarət etdilər.

Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva xalqımızın gələcəyi olan uşaqlara göstərilən dövlət qayğısından, gənc nəslin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən söz açdı. Natiq çıxışında bildirdi ki, dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü əlaqədar təşkil edilən bu aksiya siz şagirdlər üçün tariximizi, mədəniyyətimizi öyrənmək üçün gözəl fürsətdir. Bu gün Azərbaycan dövlətinə, xalqına bağlı, milli-mənəvi dəyərlərimizi, dilimizi, adət-ənənələrimizi bilən, savadlı, vətənpərvər nəsil yetişib. Odur ki, əziz şagirdlərimiz ölkə başçısının rəhbərliyi ilə görülən bütün işlərdə Siz layiqincə təmsil olunmalısınız.

Mərasimdə çıxış edənlər Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, Milli qəhrəman Bəxtiyar Allahverdiyev və 283 nömrəli tam orta məktəbin direktoru Tünzalə Zeynalova “Ölkəmizi Tanıyaq” layihəsi çərçivəsində ölkəmizin müxtəlif bölgələrinə reallaşdırılan maarifləndirici tur-aksiyaların əhəmiyyətindən danışdılar.

Qeyd olundu ki, məktəblilər 4 gün ərzində Lənkəran, Masallı və Astara rayonlarının tarixi, maddi-mədəniyyət nümunələri, turizm mərkəzləri və başqa gəzməli-görməli yerləri ilə tanış olacaqlar.      Çıxışlardan sonra yola salınan şagirdlərin ifasında dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü əlaqədar hazırlanmış flaşmob və həmrəylik, birlik rəmzi olan yallı rəqsi nümayiş olundu.

Sonra “Multikulturalizm ili” çərçivəsində müxtəlif xalqların geyimləri olan balaca fidanlar şagirdlərlə bərabər üzərində müstəqilliyinin bərpasının 25-ci ildönümü əks etdirən şarları havaya uçuraraq, avtobus ilə yola düşmüşdürlər.

Belediyye.info

 

ŞƏRHLƏR