"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi məhəllə komitələriylə görüş keçirilib

--2015-12-08 / 20:33

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşovun sədrliyi ilə Binəqədi bələdiyyəsinin məhəllə komitələri ilə görüş keçirilib.

Bu barədə məlimatı Belediyye.info saytına  Binəqədi bələdiyyəsindən verilib.

Görüşdə Məhəllə Komitələri haqqında Qanun, “Bələdiyyələrin Məhəllə Komitələri” haqqında Əsasnaməsinə əsasən Məhəllə Komitələrinə həvalə olunmuş vəzifələr, səlahiyyətlər haqqında, yerli əhəmiyyətli məsələlərin həllində komitələrin rolu, bu komitələrin fəaliyyətinin əlaqələndirilməsi, əhali arasında maarifləndirmə tədbirləri haqqında müzakirələr  edilib.

Müzakirələrdə məhəllə komitələrinin sədrləri Rafiq Rəhimov, Zabitə İsmayılova və 8-ci mikrorayon sakinləri iştirak edərək fikir və rəylərini bildiriblər.

Bundan əlavə, görüşdə  son günlər əhalini narahat edən  Nardaranda baş vermiş hadisələr ətrafında da müzakirələr aparılıb.

Müzakirələrdə Azərbaycanın sabitliyinin pozulması istiqamətində atılmış addımlar pislənilmiş, dini ekstremizmə qarşı mübarizədə hər bir Azərbaycan vətəndaşının yaxından iştirak etməsinin vacibliyi vurğulanmış, bu istiqamətdə Məhəllə Komitələri tərəfindən də əhali arasında maarifləndirmə işlərinin aparılmasının böyük rolu olduğu bildirilib.

Sonda Ramiz Göyüşov sakinləri və məhəllə komitələrinin üzvlərini maraqlandıran sualları cavablandırib.

Belediyye.info

ŞƏRHLƏR