"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi də qışa hazırlıq məsələləri müzakirə edildi

--2018-12-05 / 15:45

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti başçısının yanında Şuranın iclası keçirilib.Bu barədə məlumatı Binəqədi RİH yayıb.

İclasda Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri Coşqun Cəbrayılov, Şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ayaz Hüseynov, Bakı Şəhər İcra Hakimiyyəti, Mənzil Komunal Təsərrüfatı Departamentinin rəisi Rafail Mehrəliyev, şura üzvləri, Rayon ictimaiyyətinin nümayəndələri, Kommunal xidmət təşkilatlarının rəhbərləri, Rayon ərazisində fəaliyyət göstərən bələdiyyə sədrləri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, təhsil, səhiyyə, həmçinin digər idarə və təşkilatların rəhbərləri iştirak ediblər.

Şura iclasına sədrlik edən   Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev mövsümə hazırlıqla əlaqədar rayon İcra Hakimiyyətində xüsusi Qərargah yaradılığının və təsdiq edilmiş tədbirlər planına uyğun olaraq işlərin görüldüyü barədə məlumat verdi.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar Binəqədi rayon təsərrüfatında görülən işlərin vəziyyəti haqqında məruzə ilə çıxış etdi. Məruzədə 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə əlaqədar görülmüş işlər barədə, mövcud problemlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat öz əksini tapdı.Yolların qardan vaxtında təmizlənməsi məqsədi ilə səfərbər ediləcək texnikaların texniki veziyyətinin yoxlanıldığı, cavabdeh təşkilatlar arasında xüsusi iş qrafiki  və növbətçilik cədvəlinin təsdiq olunduğu qeyd edildi.

Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri Coşqun Cəbrayılov, Şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ayaz Hüseynov, Bakı Şəhər İcra Hakimiyyəti, Mənzil Komunal Təsərrüfatı Departamentinin rəisi Rafail Mehrəliyev çıxış etdilər. Natiqlər çıxışlarında 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar görülməli işlərlə bağlı qarşıda duran vəzifələrin icrası ilə əlaqədar öz tövsiyə və təkliflərini verdilər.

Sonda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev rayon ərazisində  qışa hazırlığa dair təxirəsalınmaz tədbirlərin  görüldüyünü qeyd edib.

Belediyye.info

 

 

ŞƏRHLƏR