"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi Bələdiyyəsində fələstinli nazirlə görüş keçirilib

--2018-07-05 / 09:59

Binəqədi rayon Binəqədi Bələdiyyəsində Fələstinin Yerli Hökumət Nazirinin müavini Mohammad Al Jabbarinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

GİZ Alman Əməkdaşlığı təşkilatının dəstəyi ilə Binəqədi Bələdiyyəsində Fələstinin Yerli Hökumət Nazirinin müavini Mohammad Al Jabarinnin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Binəqədi rayon İcra Hakimiyyətinin Yerli özünüidarəetmə və ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov, Binəqədi Bələdiyyəsinin sədri Sitarə Cabbarlı, sədr müavinləri Sabir Həsənov və Rasim Gözəlov, bələdiyyə üzvləri, eləcə də Fələstinin Yerli Hökumət Nazirinin müavini Mohammad Al Jabarinnin başçılıq etdiyi mümayəndə heyəti iştirak ediblər.

Görüş zamanı Binəqədi Bələdiyyəsinin sədri Sitarə Cabbarlı qonaqları salamlayaraq ölkəmizdə Bələdiyyə idarəetməsi sahəsində mövcud qanunvericilik, bələdiyyənin fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr haqında qonaqlara ətraflı məlumat verdi.

Sonra çıxış edən Rayon İcra Hakimiyyətinin şöbə müdiri Ramiz Göyüşov qonaqlara ölkəmizdə keçirilinən sayca 4-cü Bələdiyyə seçkiləri, bələdiyyələrdə qadınların təmsilçiliyi, bələdiyyə üzvləri arasında gender bərabərliyinin qorunmasına ölkə rəhbərliyi tərəfindən göstərilən diqqət haqqında ətraflı məlumat verdi. Azərbaycan ilə Fələstin arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirən natiq, Bələdiyyə idarəçiliyi sahəsində Fələstin Yerli Hökümət Nazirliyi ilə sıx əməkdaşlıq etməyə hazır olduqlarını bildirdi.

Görüşdə eləcə də Bələdiyyə üzvü Vüsal Bəkirov çıxış edərək, ölkəmizdə qadın hüquqlarının tarixi barədə məlumat verdi. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin və Cümhuriyyət dövründə qadınlara kişilərlə bərabər seçkilərdə iştirak etmək hüququnun verilməsinin 100 illiyi qeyd olunduğunu,1901-ci ildə Bakıda müsəlman Şərqində ilk dünyəvi qız məktəbi yaradıldığını qonaqların diqqətinə çatdırdı..

Bələdiyyə üzvü Aysel Əlizadə GİZ Alman Əməkdaşlıq təşkilatının həyata keçirdiyi layihələr haqqında məlumat verərək, layihələrin onun və ətrafındakı fəal xanımların həyatında rolundan danışdı. Fələstinin yerli hökumət nazirinin müavini Məhəmməd Jabbari Azərbaycan dövlətinin daim Fələstini dəstəklədiyini bildirərək öz ölkəsində qadınlar üçün yaradılan şəraitdən danışıb: “Bizdə də qadınlar seçir və seçilirlər. Onlar hər yerdə, eyni zamanda, bələdiyyələrdə öz layiqli yerlərini tuturlar. Məqsəd budur ki, gender bərabərliyi təmin olunsun. Qadın hüququnun müdafiəsi məsələsində biz Azərbaycanın təcrübəsindən öyrənirik. Fələstinin digər ölkələrdə səfir kimi fəaliyyət göstərən əksər diplomatları xanımlardır.

Təhsil ocaqlarında çalışanların əksəriyyəti də demək olar ki, qadınlardır. Qadınlar üçün hər iki ölkədə yüksək səviyyədə şəraitin yaradılmasına görə dövlətlərimizin başçılarına minnətdarıq”. Daha sonra görüş çərçivəsində dəyirmi masa təşkil olunub. Görüş zamanı ikitərəfli əməkdaşlığın genişləndirilməsi və keçirilən layihələrdə effektivliyin artırılması məqsədilə müzakirələr aparılıb.

Belediyye.info

 

ŞƏRHLƏR