"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi bələdiyyəsi tərəfindən 2021-ci ildə görülmüş işlər haqqında HESABATI

--2022-01-18 / 13:12

Binəqədi rayonu Binəqədi bələdiyyəsi tərəfindən 2021-ci ildə görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında

 HESABAT

 Hesabat dövrünün əvvəlində bələdiyyə iş planı təsdiq etmişdir, hər ay ümumi iclaslar keçirilmiş, iclaslarda baxılmış məsələlərlə bağlı qərarlar qəbul edilmiş və icrası təmin edilmişdir. Müzakirə edilmiş məsələlər sırasında sosial, maliyyə məsələləri, təmir-tikinti və abadlıq işləri, vətəndaşların müraciətləri və s. olmuşdur.

Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən 27 ümumi iclas keçirilərək 106 qərar qəbul edilmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 6.0 və 6.8-ci maddələrinə müvafiq olaraq protokollar Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə göndərilmişdir.

Yerli Özünüidarəetmədə başlıca məqsəd əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına istiqamətləndirilib. Bununla əlaqədar bələdiyyələr də ölkədə həyata keçirilən sistemli iqtisadi-sosial inkişafa öz töhfələrini verməyə nail olub. Əlbəttə ki, ölkədə aparılan islahatlar və artan iqtisadi göstəricilər yerli özünüidarəetmə orqanlarında da öz təsirini göstərməkdədir.

Geridə qoyduğumuz 2021-ci il ölkəmizin və xalqımızın həyatında müxtəlif hadisələrlə yadda qaldı. Dünya ictimaiyyətinin üzləşdiyi COVİD-19 pandemiyası hazırda növbəti dalğası yaşanmaqdadır. Binəqədi rayon Bələdiyyəsi tərəfindən “Azərbaycan Respublikası COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyasına uyğun olaraq vaksinasiya prosesi uğurla davam etdirilir.

2021-ci ildə xalqımız və dövlətimiz üçün qürurverici hadisələrdə çoxdur. Qarşıdan gələn Yeni Təqvim ili 2022-ci ili Şuşa ili elan edilmişdir.

Bələdiyyənin fəaliyyətində büdcənin formalaşmasına və icrasına xüsusi diqqət yetirib. Real gəlir mənbələri müəyyənləşib, onlara uyğun xərclər nəzərdə tutulmuşdur.

Bələdiyyənin büdcəsinə daxilolmalar AR Nazirlər Kabinetinin, Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır.

Əhalidən rüsümların və vergilərin yığılması zamanı vergi ödəyiciləri arasında mövcüd qanunlar barədə məlumatlar verilir. Yığılan rüsümlar və vergilər haqqında məlumat hər gün təhlil edilir.

Vergilərin ödənilməsindən yayınanlara qarşı xəbərdarlıq etməklə tədbirlər görülmüşdür. Qanunvericiliyə uyğun İcra şöbələrinə  1262-dən artıq şəxs barədə müraciət olunmuşdur. Nəticədə Bələdiyyə büdcəsinə vergilərin ödənilməsi təmin edilmişdir.

Ödənilmiş vergilər və rüsumlar bələdiyyə büdcəsinə mədaxil olaraq, aidiyyatı təşkilatlara verilən maliyyə hesabatlarında öz əksini tapmışdır.

Bələdiyyənin vergi bazası genişdir. Hazırda inzibati ərazisində 403 binada 34311 ev təsərrüfatı və 1911 təsərrüfat subyektləri mövcuddur.

Göstərilən 36.222 vergi ödəyiciləridən hesabat dövründə 11.491 ödəyici vergiyə cəlb olunmuşdur,(bunlardan 6048 nəfər vergi qanunverciliyində nəzərdə tutulmuş əsaslarla əmlak vergisindən azad edilmiş təqaüdçülər,915 ədəd əmlak vergisi hesablanmayan, mənzilin ümumi sahəsi 30 m2–dən aşağı olan birotaqlı mənzillər və 25 ədəd obyekt kimi)

Büdcə gəlirlərinin əsas mənbəyi olan- torpaq icarəsindən və vergisindən-278.185,0 manat əmlak vergisi- 420.374,00 manat, mehmanxanalardan-53.00manat, avtodayanacaqlardan rüsum- 15.364.00 manat, bələdiyyənin fəaliyyətindən -7315,00 manat, dotasiyadan-90.000,00 manat daxil olmuşdur.

Bələdiyyənin büdcəsinə daxil olmalar AR Nazirlər Kabinentinin. Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır.

Bələdiyyə büdcəsinə daxil olmuş vəsaitlər aşağıdakı istiqamətlərdə xərclənmişdir.

Daimi əsaslarla bələdiyyədə calışan bələdiyyə üzvlərinin və qulluqcularının əmək haqqına-288664,00 manat, DSMF-56.308,00 manat, bələdiyyənin saxlanmasına- 72.190,00 manat , sosial yardımlar üzrə ödənişlər- 21.368,00 manat, abadlıq, quruculuq təmir işlərinə - 347.512 manat xərclənmişdir.

Ərazidə hesabat dövründə Goradil, Novxanı və Fatmai bağ massivlərində yolların təmirinə, və məhəllə yollarının asfaltlanmasına abadlıq, quruculuq işlərinin aparılmasına, Goradil b/m “Şəhid bulağı”nın abadlaşdırılmasına 131589 manat xərclənmişdir. İnzibati ərazimizdə söhbətgahların qurulmasına, məhəllə yollarının təmirinə və asfaltlanmasına, C.Xəndan küçəsi 1a ünvanında “Şəhid bulağ”nın tikintisinə 215923 manat xərclənmişdir.

Ümumiyyətlə bağlar ərazisində Bələdiyyə yaz-yay mövsümündə təmizlik işlərin görülməsi ilə yanaşı yanğınların qarşısının alınmasına dair işləri təşkil etmişdir. Baxmayaraq ki, bağlar massivində keçən dəmir yoluna bitişik ərazilərdə aidiyyatı təşkilat tərəfindən bu işlər görülməlidir. Bu barədə müvafiq müraciət edilmişdir.

Bələdiyyənin inzibati ərazisində ekoloji durumu, o cümlədən yaşıllıqlarının vəziyyəti daimi diqqət mərkəzindədir.

Məlum olduğu kimi –yaşıllıqlar vaxt keçdiqcə quruyur, bəziləri qəzalı vəziyyətə düşür və sakinlərin yaşadıqları yerlərdə təhlükə mənbəyi yaradır. Bunların qarşısının alınması istiqamətində Nazirlər Kabinetinin 30.08.2016-cı il 321 № -li Qərarına əsasən tədbirlər görülür.

Hesabat dövründə sözügedən problemlərlə bağlı vətəndaşlardan daxil olmuş 33 müraciət, o cümlədən Binəqədi ayon İcra Hakimiyyətindən 7 müraciətə əsasən müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası, Ekologiya və Təbii sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinə müraciətlər edilmiş, alınmış rəylərə əsasən Bələdiyyə iclaslarında qərarlar qəbul edilmiş və Bakı Şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə tədbir görmək üçün göndərilmişdir.

Binəqədi rayon Binəqədi bələdiyyəsində vətəndaşların müraciətləri və qəbulu da daim diqqət mərkəzində saxlanılır.

Təhlil göstərir ki, il ərzində vətəndaşlardan daxil olmuş 571 müraciət qeyd edilən məsələlərə aid olub:

Arayışların verilməsi (vergi borcların olub-olmaması,

torpaq sahələrinin ayrılıb-ayrılmaması və s.)                                                        278     

Maddi yardım                                                                                                                     56       

Dəfnlə bağlı Dövlət Sosial Müdafiə Fonduna arayışlar                                        183     

Digər məsələlər üzrə yəni abadlıq, yaşıllıq v.s                                                       40

                                                                                 

Müraciətlərin 558 müsbət həll olunub                   

Hesabat dövründə ayrı-ayrı təşkilatlardan daxil olmuş 525 məktub, müraciət, sərəncam və digər sənədlər əksər hallarda qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxılmış və cavablandırılmışdır.

Bələdiyyə vətəndaşların və öz hüquqi maraqların müdafiəsi istiqamətində bir sıra işlər görmüş. Beləki, hüquqi həllini tələb edən məsələlərlə bağlı keçirilmiş 65 məhkəmə prosseslərində Bələdiyyənin xeyrinə qərarlar qəbul edilmişdir.  

Vətəndaşların müraciətləri ilə bağlı Bələdiyyədə onlara hüquqi yardım göstərilməsi həyata keçirilir.

Bələdiyyədə “qaynar xətt” də (telefon 562-85-16) fəaliyyət göstərir. Gün ərzində telefon vasitəsilə daxil olan şikayət və müraciətlər qeydə alınır, rəhbərliyə çatdırılır və tədbirlər görülür. Bayram və qeyri-iş günləri “Qaynar-xətt”də növbətçilik qrafiki üzrə məsul işçilər müraciətləri qəbul edir.

Bələdiyyədə hesabat dövründə 495 vətəndaş qəbul edilmiş, o cümlədən şəxsən sədr tərəfindən 130.

Bələdiyyə seçkili orqan olaraq çalışır ki, seçicilərlə ünsiyyətini daha da genişləndirsin. Daimi komissiyalar, “İctimai-Humanitar Məsələləri sektor” u ilə birlikdə əhaliyə, seçicilərə bələdiyyənin fəaliyyəti haqqında ətraflı məlumatların çatdırılmasında aktiv mövqe tutur və ötən illərlə müqayisədə bu sahədə irəliləyiş var.

Binəqədi rayon Bələdiyyəsi təşkilatçılığı ilə 8 mart Beynəlxalq qadınlar bayramında qadın bələdiyyə üzvləri, bələdiyyə qadın qulluqçuları, ərazimizdə yaşayan tənha qadınlar bayram münasibətilə təbrik olunublar. 21 Mart Novruz bayramı münasibəti ilə, “Qələbə Xonçası” adlı tədbir həyata keçirilmişdir. Rayon ərazisində yaşayan 15 şəhid ailələri ziyarət edilmiş, bayram sovqatları verilmiş, ailə üzvlərinə “Qələbə xonçası” adlı sovqatlar təqdim edilmişdir. Novruz bayramı münasibəti ilə həmçinin ərazidə yaşayan coxsaylı aztəminatlı, əlil, yardıma ehtiyyacı olan ailələrə də bayram sovqatları paylanılmışdır.

Ramazan ayında bələdiyyə tərəfindən ərazidə yaşayan aztəminatlı ailələrə bayaram iftar süfrələri açılmış həmçinin, Çernobil faciəsinin il dönümü ilə əlaqədar “Çernobil Əlilləri İttifaqı”na, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Binəqədi rayon bölməsinə ərzaq və maddi yardım göstərilmişdir.

Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan qəhrəman şəhidlərimizi yad etmək, xatirələrini əziz tutmaq hər birimizin mənəvi borcudur.

Ərazimizdə yaşamış ikinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan şəhid polkovnik-leytenant Tağıyev Ruslan Fuad oğlu, Bağırov Elçin Yunis oğlu, Sadıqlı İbrahim Şahin oğlu, Bayramov Cavid Azər oğlunun doğum günündə ailə üzvləri ilə görüşlər keçirilmiş və maddi yardımlar verilmişdir.

Hər il olduğu kimi bu ildə Sentyabr ayında inzibati ərazimizdə yaşayan aztəminatlı ailələrin övladlarına məktəbli forması, və ikinci Qarabağ müharibəsində şəhid olmuş şəhidlərin övladlarına litseyli forması bələdiyyə tərəfindən təqdim olunmuşdur.

7-ci mkr., S.S.Axundov küçəsi 4, mənzil 29 ünvanında yaşayan Milli Ordunun kapitanı, 2-ci Qarabağ müharibəsi qazisi hal-hazırda Laçın rayonunda xidmətini davam etdirən Vüsal Novruzovun evinin dam örtüyü təmir edilmişdir.

“Beynəlxalq Əlillər Günü” bütün dünyada hər il dekabrın 3-də qeyd edilir və bu barədə 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi qəbul olunub. Onun hədəfi — ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunması və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir.

Azərbaycan Uşaq Fondunun binəqədi şöbəsinin qeydiyyatında duran əlil, Rəhimov Elmirə, 9-cu mkr., Adil Məmmədov küç,məh 3169, ev11. m118 də ünvanında müvvəqəti yaşayan Bağırov Elçin Şükür oğluna bələdiyyə büdcəsindən maddi yardımlar göstərilmişdir.

Hər il olduğu kimi bu ildə Binəqədi rayonu Binəqədi bələdiyyəsində 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar olaraq ərazidəki səhid ailələrinin övladlarına, Uşaq Sığınacağı - Reinteqrasiya Mərkəzində məskunlaşmış uşaqlara bayram hədiyyələri verilmişdir.

Binəqədi rayon Binəqədi Bələdiyyəsi tərəfindən bir çox tədbirlər həyata keçirilmişdir. Belə ki, orta ümumtəhsil məktəblilərinin 1-6-cı sinif şagirdləri arasında 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş “Uşaqların gözü ilə Qara Yanvar faciəsi” mövzusunda inşa müsabiqəsi, 2 Fevral Gənclər Günü ilə bağlı qazilərimizlə birlikdə “Qalib ölkənin qalib gəncləri” adlı tədbir, 26 Fevral Xocalı faciəsinin 29-cu il dönümü barədə, bu il Xocalının işğaldan azad olunması münasibəti ilə “Xocalıya qayıtdıq” adlı orta ümumtəhsil məktəb şagirdləri arasında online tədbir, 9 May Qələbə Günü, 10 May Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə, 15 İyun Qurtuluş Günü münasibəti ilə silsilə tədbirlər həyata keçirilmişdir.

31 Mart Soyqırım Günü ilə bağlı, bələdiyyə qulluqçuları tərəfindən, Vətən müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış kompleksin yerləşdiyi park və şəhidlərin xatirəsinə ucaldılan “Memorial Abidə Kompleksi” ziyarət edilmiş, şəhidlərin həyatı haqqında hazırlanan videoçarx sosial şəbəkələrdə işıqlandırılmışdır.

7-11 İyun 2021-ci il tarixlərində Binəqədi rayon Bələdiyyəsi əməkdaşları ilə Türkiyyə Bələdiyyələr Birliyi və qardaşlaşmış bələdiyyə olan Keçiörən Bələdiyyəsi arasında iki tərəfli görüş keçirilmişdir. Görüşlər zamanı çəkilən fotolar həm Türkiyyədə, həm də rayonumuzda sosial şəbəkələrdə işıqlandırılmışdır.

27 Sentyabr “Anım Günü”, ilə bağlı olaraq, bələdiyyə qulluqçuları ilə birlikdə rayon ərazisində qeydiyyatda olan şəhidlərimizin məzarları ziyarət edilmiş, ailələri ilə görüşlər keçirilmiş, 18 Oktyabr Müstəqillik Günü ilə əlaqədar olaraq məktəblilər arasında “Müstəqilliyimiz əbədidir, dönməzdir” adlı rəsm müsabiqəsi keçirilmişdir. Tədbirdə iştirak edən məktəblilərə fəxri fərmanlar təqdim olunmuşdur.

8 Noyabr “Zəfər Günü”, 9 Noyabr “Bayraq Günü” ilə bağlı olaraq, bələdiyyə qulluqçuları məktəblilərlə birlikdə “Qənimətlər Parkı” ziyarət edilmiş, videoçarxlar hazırlanmışdır.

Binəqədi rayon Binəqədi Bələdiyyəsi inzibati ərazimizdə yaşayan vətəndaşlara və media orqanlarına illik hesabatı elan, bülleten, internet saytı və.s vaistələrlə catdırır.

 BİNƏQƏDİ BƏLƏDİYYƏSİ 

 

 

 

 

ŞƏRHLƏR