“Azərbaycanda Yerli Demokratiya Həftəsi” çərçivəsində Binəqədi rayonu Binəqədi bələdiyyəsi tərəfindən həyata keçirilən tədbirlər haqqında
Məlumat
31.10.2016-cı il tarixdə- Yeni həftənin ilk iş günündə "Yerli Demokratiya həftəsi" çərçivəsində bələdiyyə-vətəndaş əlaqələrinin gücləndirilməsi məqsədilə açıq qapı elan edilmişdir. Sakinlərimizin operativ şəkildə qəbul edilməsi təşkil ediləcəkdir. Əziz sakinlərimiz yeni iş həfətisndə hər birinzə uğurlar diləyi ilə sabahınız xeyir deyir və sizlərin daimi xidmətinizdə olduğumuzu bir daha vurğulamaq istəyirik.
31.10.2016- cı il tarixdə- 31 oktyabr-05 noyabr 2016-cı il tarixədək elan edilmiş "Yerli Demokratiya Həftəsi"çərçivəsində Binəqədi rayonu Binəqədi bələdiyyəsində "Qaynar xətt" yaradılmışdır. "Qaynar xəttə" daxil olan müraciətlər tərəfimizdən dərhal və operativ şəkildə cavablandırılacaqdır. QAYNAR XƏTT- (012) 562-85-16 Eləcə də mail ünvanımıza müraciət edə bilərsiniz: bineqedibelediyye@gmail.com
31.10.2016- cı il tarixdə- Məlumat verdiyimiz kimi oktyabr ayının 31-dən noyabr ayının 5-dək "Azərbaycanda Yerli Dekmokratiya Həftəsi" həyata keçirilməkdədir. Bu həftə ərzində seçicilərin yerli əhəmiyyətli məsələlərlə bağlı problemlərinin həll edilməsi, Vətəndaş-Bələdiyyə əlaqələrinin möhkəmləndirilməsi, vətəndaşların bələdiyyənin fəaliyyətində iştirakının təmin edilməsi məqsədilə çoxsaylı tədbirlər və görüşlər həyata keçiriləcəkdir. İlkin olaraq noyabr ayının 1-də Bələdiyyəmizdə "açıq qapı" günü elan edilmişdir. Eyni zamanda yerləşdirilmiş "poçt qutusu" vasitəsilə də öz təklif və iradlarınızı bizə ünvanlaya bilərsiniz! Siz də "Vətəndaşların yerli özünüidarəetmədə iştirakını təmin edək!" başlıqlı bu aksiyada bizimlə olun, Demokratiya həftəsində fəal iştirak edin!
01.11.2016- cı il tarixdə- "Yerli Demokratiya həftəsi" çərçivəsində "Çox mədəniyyətli cəmiyyətlərdə birgə yaşayış: hörmət, dialoq qarşılıqlı əlaqə" adı altında tədbirlər həyata keçiriləcəkdir. Bu tədbirdə hər bir sakinimizin yaxından və fəal iştirak etməsini arzu edirik.
01.11.2016- cı il tarixdə- Diqqət! Diqqət! Əziz sakinlərimiz " Yerli demokratiya Həftəsi" çərçivəsində bələdiyyə poçt qutusu yaradılmışdır. Hər zaman bələdiyyəmizdə sakinlərimiz üçün açıq qapı olmasına baxmayaraq poçt qutusunun yaranmasında məqsəd Sizlərin tənqid və təkliflərinizi öyrənməkdi.
01.11.2016- cı il tarixdə- Dəyərli sakinlərimiz! "Azərbaycanda Yerli Demokratiya Həftəsi" çərçivəsində Bələdiyyəmizdə bu gün " Açıq Qapı " elan edilmişdir. Vətəndaşlarların qəbulu saat 09:00-dan 17:00-dək davam edəcək! Əgər Sizin və ya ətrafınızda olan insanların Bələdiyyəmizə hər hansı bir müraciəti varsa buyurub yaxınlaşa bilərsiniz!
01.11.2016- cı il tarixdə- “Binəqədi Bələdiyyələri Bələdiyyə-vətəndaş əlaqələrini möhkəmləndirmək naminə bir arada" 2016-cı ilin oktyabr ayının 31-dən noyabr ayının 5-dək “Azərbaycanda Yerli Demokratiya Həftəsi” start götürmüşdür. “Çox mədəniyyətli cəmiyyətlərdə birgə yaşayış: hörmət, dialoq, qarşılıqlı əlaqə” adı altında həyata keçirilən aksiyada ölkəmizin bütün bələdiyyələri ilə yanaşı Binəqədi Bələdiyyələri də aktiv iştirak etməyi planlaşdırır. Elə bu məqsədlə də Binəqədi rayonunda fəaliyyət göstərən 5 Bələdiyyə oktyabr ayının 31-də bir araya gəldilər. Seçicilərin yerli əhəmiyyətli məsələlərlə bağlı problemlərinin həll edilməsi, vətəndaş-bələdiyyə, bələdiyyə-vətəndaş əlaqələrinin möhkəmləndirilməsi, vətəndaşların bələdiyyələrin fəaliyyətində iştirakının təmin edilməsi, onların müraciətlərinə operativ və əsaslı baxılması və digər bu kimi mühüm məsələləri özündə birləşdirən aksiya çərçivəsində seçicilərlə açıq və qaspalı məkanlarda görüşlərin keçirilməsi, əhalinin sıx toplaşdığı məkanlarda “poçt qutu”larının yerləşdirilməsi və bu kimi çoxsaylı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Keçirilən görüşdə çıxış edən Bələdiyyə sədrləri “Həftə”nin əhəmiyyətindən, bələdiyyə-vətəndaş münasibətlərinin əsaslı və düzgün qurulmasında bələdiyyənin rolundan danışdılar. Məlumat üçün bildirək ki, iclasda hər 5 bələdiyyənin sədrləri, sədr müavinləri, eyni zamanda yeni yaradılmış “İctimai-humanitar Sektor”-ların müdirləri iştirak edirdilər.
01.11.2016 - cı il tarixdə -"Açıq qapı" günü vətəndaşların qəbulu davam etdirilir.
02.11.2016- cı il tarixdə- Diqqət! Diqqət! Əziz sakinlərimiz "Azərbaycanda Yerli Demokratiya Həftəsi" çərçivəsində "Vətəndaşların yerli özünüidarəetmədə iştirakını təmin etmək" adı altında proqram təşkil edilmişdir. Bu proqramda prioritet məsələ Sizlərin bələdiyyənin fəaliyyəti haqqında fikirlərinizi və təkliflərinizi öyrənməkdir.
02.11.2016- cı il tarixdə- "Yerli Demokratiya Həftəsi" çərçivəsində sakinlərimizlə görüşləri davam etdiririk. Bu dəfə "Açıq qapı" çərçivəsində Bələdiyyəmizə gəlməkdə çətinlik çəkən seçicilərimizin evlərində olduq. Sizlərin daim xidmətinizdəyik!
02.11.2016- cı il tarixdə- Dəyərli sakinlərimiz! Bu gün saat 18:00-da, Adil Məmmədov 57 saylı binanın qarşısında yerləşən "əhalinin mədəni-kütləvi tədbirlə evi"-ndə seçicilərimizlə növbəti səyyar görüşümüz keçirilicəkdir. Əgər Sizin də hər-hansı bir məsələ ilə bağlı Bizə müraciətiniz varsa və Bələdiyyəmizə gəlməkdə çətinlik çəkirsinizsə, Sizi gözləyəcəyik!
03.11.2016- cı il tarixdə- Əziz sakinlərimiz "Azərbaycanda Yerli Demokrtaiya həftəsi" çərçivəsində "Bələdiyyə-vətəndaş, vətəndaş-bələdiyyə əlaqələrini möhkəmləndirək" layihəsində fəal iştirak etməyə şikayət və təkliflərinizi bildirməyə dəvət edirik.
04.11.2016- cı il tarixdə- "Azərbaycanda Yerli Demokratiya Həftəsi" çərçivəsində Bələdiyyə-vətəndaş əlaqələrini möhkəmləndirmək, yerli özünüidarəetmədə sakinlərimizin iştirakını təmin etmək məqsədilə Seçicilərimizlə görüşlərimizi davam etdiririk. Növbəti belə görüş Adil Məmmədov 57 ünvanda baş tutdu. Keçirilən görüşdə bələdiyyə üzvlari ilə yanaşı Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəliyi də iştirak edirdi.
04.11.2016- cı il tarixdə- Binəqədi Bələdiyyəsi olaraq hər zaman seçicilərimizin yanında olmağa, onlarla görüşlərimizi mütəmadi olaraq keçirməyə çalışırıq. Belə görüşlərimizdən biri də bu gün Binəqədi Bələdiyyəsinin ümumi iclasında baş tutdu. "Azərbaycanda Yerli Demokratiya Həftəsi" çərçivəsində növbəti Bələdiyyə iclasında vətəndaşların da iştirakını təmin etdik. Sakinlərin rifahı naminə qəbul ediləcək qərarlarda və müzakirələrdə seçicilərin də iştirakı yerli özünüidarəetmədə sakinlərin iştirakını səciyyələndirir.
05.11.2016- cı il tarixdə - 04.11.2016-cı il tarixdə “Azərbaycanda Yerli Demokratiya Həftəsi” çərçivəsində Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin “Biz Gələcəyik” adlı növbəti layihəsi baş tutmuşdur. Layihə çərçivəsində Bələdiyyənin idarəetməsi məktəblilərə həvalə edilmişdir. Layihədə əsas məqsəd məktəblilərdə hələ aşağı siniflərdən liderlik keyfiyyətlərinin aşılanması, yerli özünüidarəetmə anlayışının formalaşdırılması, eyni zamanda Bələdiyyə-vətəndaş, vətəndaş-bələdiyyə əlaqələrinin möhkəmləndirilməsi olmuşdur. Gün ərzində Bələdiyyənin müvafiq şöbə və sektorları ilə tanış olan məktəblilər bələdiyyə qulluqçularının və bələdiyyə üzvlərinin vəzifələrini icra etmişdirlər.