"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi bələdiyyələrinin Koordinasiya şurasının iclası keçirilib

--2022-08-01 / 06:30
28 iyul 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında Binəqədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələrin Koordinasiya şurasının iclası keçirilmişdir. İclasda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Hacıbaba Babayev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri İskəndər Cahingir-zadə, rayon ərazisində fəaliyyət göstərən bələdiyyələrin rəhbər şəxsləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş və Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbələrinin əməkdaşları iştirak etdilər.
İclasda çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini, Koordinasiya şurasının sədri Hacıbaba Babayev əhalinin sosial əhəmiyyətli sifarişlərinin, ərazinin sosial-iqtisadi inkişafı və bələdiyyələrin səlahiyyətlərinə aid olan yerli əhəmiyyətli məsələlərin müzakirə olunmasının, problemlərin birgə həlli yollarının müəyən edilib müvafiq tədbirlərin həyata keçirilməsinin vacibliyini qeyd etdi.
Daha sonra çıxış edən Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri İskəndər Cahingir-zadə ötən dövr ərzində əldə olunan nailiyyətlər haqqında məlumat verdi.
İclas şura üzvlərinin qarşıda duran vəzifələr və perespektivdə olan məsələlərin açıq müzakirəsi şəklində davam etdi.
Binəqədi bələdiyyələrinin Koordinasiya şurası
ŞƏRHLƏR