"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi bələdiyyələrinin bir günü

--2016-06-24 / 23:35

Biləcəri bələdiyyəsi:

         Bu gün Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev bələdiyyənin təsərrüfat şöbəsinin əməkdaşları ilə birgə qəsəbənin təmizliyinin qorunub saxlanması ilə bağlı monitorinq keçirmişdir. Monitorinq zamanı qəsəbədə fəaliyyət göstərən obyekt sahibləri ilə də görüşülmüş və obyektlərin qarşısının təmiz saxlanılmasına nəzarət edilməsi barədə tapşırıqlar verilmişdir.

-          24 iyun 2016-cı il tarixində Biləcəri Bələdiyyəsində bələdiyyənin sədri Hikmət Quliyev və sədr müavini Sahib Nağdəliyevin iştirakı ilə, Bələdiyyə gəlirləri və yerli vergilər şöbəsinin əməkdaşları ilə yığıncaq keçirilmişdir. Yığıncaqda pasportlaşma işlərinin gedişatı, vergi daxilolmalarının vəziyyəti, vergi borclarının məbləğinin dəqiqləşdirilməsi və bu sahədə digər müzakirələr aparılmışdır.

Binəqədi qəsəbə bələdiyyəsi:

              -Binəqədi Qəsəbə ərazisindəki yaşıllıqlar daima bələdiyyənin diqqət mərkəzində saxlanılır. Gün yeri isitmədən öncə yaşıllıqlar suvarılır ki, bu da onların qurumasının qarşısı alınır.

               -Bəzi sakinlərimizin su ilə bağlı  problemlərini aradan qaldırmaq üçün hər zaman işbaşındayıq.

                Belə ki, onları mütəmadi su ilə təmin edirik. Bu günkü xidmətimiz də II mədən, 74-cü korpus ərazisində oldu. Sizin alqışınız, əslində bizim iş devizimizdir.

Xocasən bələdiyyəsi:

             -Ta qədimdən atalarımız bizə yaşıllıqları qorumaq onlara,qulluq etməyi öyrətmişdir. Məhz bu baxımdan yaşıllıqlarımız hər zaman diqqət mərkəzimizdədir. Bu gün əməkdaşlarımız Bakı-Şamaxı şossesinin sol tərəfində yerləşən parkda mövcud su xəttinin yenisi ilə əvəzlənməsinə start verimişlər.

Yaşıllıqlarımız bizim sağlam gələcəyimizin rəmzidir.

Binəqədi bələdiyyəsi:

-Birgə yaradaq" layihəsi çərçivəsində - 9-cu mkr., A.Məmmədov küçəsi, 57saylı binanın həyətində yerləşən söhbətgahın döşəməsinə tomet vurulması işləri həyata keçirilir.

Xoş istirahətlər əziz sakinlərimiz.

M.Ə.Rəsulzadə bələdiyyəsi:

 - M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən İ.Hacıyev küçəsi, Binəqədi rayon Sukanal İdarəsinin yanı əraziyə atılmış istifadəyə yararsız avtomobil hissələrindən, müxtəlif tullantılardan təmizlənib, sakinlərin istifadəsinə verilib.

Belediyye.info

ŞƏRHLƏR