"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi bələdiyyələrindən nəcib addım

--2019-03-08 / 10:18

Belediyye.infoyda daxil olan məlumata görə, Binəqədi rayon İcra Hakimiyyətinin İctimai siyasi humanitar şöbəsinin əməkdaşı Şəmsi Güləliyev və Binəqədi rayon Binəqədi Bələdiyyəsinin Yerli Sosial Məsələlər Daimi Komissiyasının sədri İradə Mustafayeva Azərbaycanın Milli Qəhrrəmanı Allahverdi Bağırovun həyat yoldaşı Validə xanımı 8 mart beynalxalq qadınlar günü münasibəti ilə təbrik ediblər.

Bununla yanaşı M.Ə.Rəsulzadə bələdiyyəsinin xanım üzvlərinin iştirakı ilə Azərbaycanın Milli Qəhrəmanı Fərhad Hümbətovun anası Salatın Hümbətovaya baş çəkib, rayon rəhbərliyinin adından onu 8 Mart Qadınlar bayramı münasibəti ilə təbrik ediblər.

Görüşdə iştirak edənlər Milli Qəhrəmanların ailə üzvlərinin daim rayon rəhbərliyinin və yerli öznüidarəetmə orqanlarının diqqət mərkəzində olduğunu bildirmişlər.

Belediyye.info

ŞƏRHLƏR