"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binə sakinləri qaz çəkmək adı ilə aldadılıb - VİDEO

--2017-01-29 / 18:36

Qaz çəkmək üçün 20-dən çox sakindən pul alan şirkət yoxa çıxıb. Modern.az saytı xəbər verir ki, “Xəzər xəbər”in məlumatına görə, yaşayış evlərinə qaz xəttlərinin podratçı şirkətlər tərəfindən çəkilməsi bir çox hallarda vətəndaşlara problem yaradır. Əksər hallarda işlər ya tam təhvil verilmir, ya da ki sonda şirkət pulu yığıb aradan çıxır.

 Belə hadisələrdən biri paytaxtın Binə qəsəbəsi sütçülük sovxozunda yaşayan sakinlərin başına gəlib.

 Özünü əvvəl "Azəriqaz"ın işçisi kimi təqdim edən edən Emin adlı şəxs sonrada fərqli şirkətlərin adını verərək vətəndaşlardan ümumilikdə 9 min manata yaxın pul alıb.

 Sakinlərin hesabına evlərə qədər qaz boruları çəkilsə də, sonradan bu proses tamamilə daynıb. İndi isə bu qaz boruları sadəcə görünüş olaraq qalıb.

 Saxta şirkət nümayəndəsi hətta Bəzi sakinlərin evlərinin səndini də özü ilə götürüb aparıb.

 Vətəndaşlar bu barədə polisə şikayət etsələr də, aralaraında heç bir müqavilə bağlanmadığına görə indi həmin şirkəti tapa bilmirlər.

 Məsələ ilə bağlı "Azəriqaz" ASC-dən bildirilib ki, podratçı şirkət ilə vətəndaşlar arasında olan məsələlərə "Azəriqaz" qarışmır. Və həmin ərazidə işlər tam görülüb qurtarıldıqdan sonra "Azəriqaz" layihəhə baxış keçirib, qiymətləndirməlidir.Və yalnız bundan sonra layihə norma və tələblərə uyğundursa, pulsuz sayğaclar veriləcək və evlər qazla təmin olunacaq.

 Modern.az

ŞƏRHLƏR