"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binə sakinləri nəqliyyat probleminin həllini istəyir

--2021-07-28 / 17:39

Xəzər rayonu Binə qəsəbə sakinləri Bakı Nəqliyyat Agentliyinin sədri Vüsal Kərimliyə  müraciət edib. Otuz nəfər sakinin imzasıyla göndərilən müraciətdə qeyd edilir:

“Xəzər rayonu Binə qəsəbəsinin sakinləri olaraq bildiririk ki, hazırda qəsəbəmizdə qeyri rəsmi olaraq 150 min nəfər sakin yaşayır. Bu qədər əhali çox böyük bir ərazidə məskunlaşıb.

Sizə müraciət edərək qəsəbədə nəqliyyat problemi ilə üz-qzə qaldığımızı bildiririk. Hazırda qəsəbənin mərkəzində gündəlik olaraq dörd marşrut üzrə köhnə sınıq-salxaq avtobuslar fəaliyyət göstərir. Avtobuslar qəsəbənin “Bolluq” yaşayış massivinə, 2 saylı Cəzaçəkmə müəssisənin arxa hissəsinə, “Südçüluk sovxozu”ndakı “İmam Həsən” məscidinin yanından “Binə” Çörək zavodu istiqamətinə, “Binə Aqro” istiqamətinə, qəsəbənin mərkəzindən “Bakıeloktroavtomat” zavodu istiqamətinə və 160 saylı avtobusun sonuncu dayanacağından “Binə Aqro” istiqamətinədək hərəkət edir. Daimi hərəkətdə olan avtobuslar heç bir texniki göstəriciyə cavab vermir və antisanitar şəraitdə fəaliyyət göstərən nəqliyyat vasitələridir.

Kimlərinsə marağı naminə yaradılan bu şərait bu günkü standarta cavab vermir və tam qanunsuzdur.

Dəfələrlə şifahi və yazılı müraciət etsəkdə nə Xəzər Rayon İcra Hakimiyyəti, nə qəsəbə bələdiyyəsi qəsəbədəki nəqliyyat özbaşınalığı ilə bağlı hər hansı addım atmayıb.

Xahiq edirik Вinə qəsəbəsində qanunsuz fəаliууət göstərən, biz sаkiпləri nагаhаt edən və hər bir sakinə рrоblеm yaradan nəqliyуаt рrоblеminin həllinə yardımçı olasınız."

Belediyye.info olaraq sakinlərin qaldırdığı bu problemi ictimailəşdirməklə onun həlli istiqamətində addımların atılacağına inanır və müavfiq orqanların məsələ ilə bağlı münasibətlərini verməyə hazır olduğunu bidlirir.

 Belediyye.info

ŞƏRHLƏR