"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binə bələdiyyəsinin təşəbüssü ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş idman yarışı keçirilib

--2022-05-09 / 17:02

Xəzər rayonu Binə bələdiyyəsinin təşəbbüsü və “Təhsil” Respublika İdman Mərkəzi 1 saylı respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin təşkilatçılığı ilə Binə qəsəbəsi 136 saylı məktəbin idman zalında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş uşaqlar arasında yunan-roma güləş növü üzrə yarışı keçirilib.

Yarış da Bakı rayonlarından olan məktəblərindən olan idmançılar iştirak edib. Yekunda mükafatlandırma mərasimi baş tutub. Mərasimdə Binə bələdiyyəsinin sədri Habil Həmidov, bələdiyyə üzvləri və qulluqçuları, habelə idman məktəbinin rəsmiləri iştirak ediblər.

Belediyye.info

ŞƏRHLƏR