"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binə bələdiyyəsinin sədri də bir aylıq əməkhaqqının məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

--2020-03-23 / 12:44

Xəzər rayonu Binə bələdiyyəsinin sədri Habil Həmidov bir aylıq əməkhaqqının məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

Bununla bağlı məlumatı Belediyye.infoya özü verib.

Sədrin sözlərinə görə, bələdiyyə qulluqçuları və vergi müfəttişləri də bu nəcib təşəbbüsə qoşularaq aylıq əmək haqqlarının 10 faizini bu fonda keçirməyi qərara alıblar.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin nəcib addımına ilk olaraq Sabunçu rayonu Bakıxanov bələdiyyəsinin sədri Ramiz Nəsibov, sonra isə bələdiyyə qulluqçularının iştirakıyla Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri Mətləb Əliyev qoşulub.

Belediyye.info

 

ŞƏRHLƏR