"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binə bələdiyyəsinin 2016-cı ilin I rübündə gördüyü işlər haqqında

--2016-04-25 / 00:45

 

 Belediyye.infoya Xəzər rayonu  Binə bələdiyyəsinin sədri H.S.Həmidovun imzasıyla daxil olan hesabatı oxucuların müzakirəsinə təqdim edirik:

***

 Binə bələdiyyəsi 2016-ci ildə öz fəaliyyətini bələdiyyələrin yerli sosial müdafiə, yerli iqtisadi inkişaf, yerli ekoloji məsələlərin həlli istiqamətində qurmağa çalışmışdır.

Binə bələdiyyəsi 2016-ci ildə 4 iclas keçirmişdir. İclasda 16 məsələ müzakirə olunmuş və müvafiq qərarlar çıxarılmışdır. İclasın gündəliyinə çıxarılan məsələlərindən 2-si abadlıq işlərinin aparılması, 4-ü maddi yardım edilməsi, 3-i təşkilati məsəllər, 5-i mədəni tədbirlərin keçirilməsinə həsr edilmişdir.

Hesabat dövründə bələdiyyəyə vətəndaşlar tərəfindən 16 ərizə və müraciət daxil olmuşdur. Onlardan 2-si maddi yardımla, 2-si fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması, 12 ərizə müxtəlif şikayət və məlumat xarakterli olmuşdur. Ərizə və müraciətlərdə qaldırılan məsələlər imkan daxilində icra edilmişdir. Belə ki, edilmiş şikayətlərin bir qismi yerində həll edilmiş, həlli mümkün olmayan məsələlərin həll edilməsi barədə aidiyyatı qurumlara müraciət edilmişdir.

2016-cı il ərzində bələdiyyəyə 60 məktub və sərəncam daxil olmuşdur. Bunlardan 31-i XRİH-dən , 1-i nazirlikdən, 28-i müxtəlif idarə və təşkilatlardan olmuşdur.

Daxil olmuş məktublar vətəndaşlara maddi yardım olunması, mənzil şəraitinin yaxşılaşdırılması, inzibati məsələlər və müxtəlif tövsiyyələrdən ibarət olmuşdur.

Rüb ərzində bələdiyyədə 57 nəfər qəbul edilmişdir. Onların şikayət və müraciətləri diqqətlə dinlənilmişdir. Yerində həlli mümkün olan məsələlər həll edilmiş və həlli bələdiyyənin imkanları xaricində olan məsələlər barədə aidiyyatı qurumlara müraciət edilmişdir.

 

***

Qəsəbənin sosial həyatında Binə bələdiyyəsi fəal iştirakını davam etdirmiş, abadlıq, təmizlik işlərini daima nəzarətdə saxlamışdır. Vaxtaşırı qəsəbədaxili yolların dağılmış hissələri asvaltlandırılmış və qum, daş, asvalt qırıntısı tökülərək qreyderlə hamarlanmışdır.

Qəsəbənin Ə.İsazadə küçəsində 300 ağac əkilmiş, məhəllədaxili yolların kənarlarındakı alaq otları vurularaq təmizlənmişdir.

 Binə bələdiyyəsinin nəzdində olan şəhidlərin xatirəsinə salınmış parkda olan ağaclara mütəmadi qulluq göstərilmiş, qurumuş ağaclar və gül kolları yenisi ilə əvəz edilmiş, gövdələri əhənglə ağardılmışdır.

***

Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində də Binə bələdiyyəsi xeyli işlər görmüşdür. Hövsan südçülük sovxozunun sakinlərinin çoxsaylı müraciətlərinə əsasən Hövsan südçülük sovxozunda məzar daşı yonma sexi tikilərək vətəndaşların istifadəsinə verilmişdir.

Binə bələdiyyəsinin büdcəsindən aztəminatlı ailələrə 850 manat pul vəsaiti ayrılmışdır.

Aztəminatlı əlil ailələrindən adları aşağıda göstərilənlərin hər birinə hər ay 20 manat olmaqla ümumilikdə  bələdiyyənin büdcəsindən 180 (yüz səksən) manat maliyyə yardımı göstərilir.

***

2015-ci ilin Aprel ayında qəsəbədəki 6 tam orta məktəblərin 9-11-ci sinif şagirdləri arasında ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş müsabiqənin və Azərbaycan televiziyası ilə çəkiliş aparılaraq işıqlandırılmışdır. Məktəblər arasında 1-ci yeri tutan 149 saylı tam orta məktəbin 10 A sinif şagirdi  Şükürlü Ləmana orta məktəbi bitirənədək hər ay 30 manat təqaüd təyin edilərək qərar icra edilmişdir. Hal-hazırda Şükürlü Ləmana hər ay 30 manat məbləğində pul vəsaiti ödənilir.

Binə bələdiyyəsinə maddi vəziyyətləri ağır olduqlarına görə qəsəbə sakinləri Əzizov Extiyar Tərlan oğlu və Şiriyev Yadigar Məhərrəm oğlu ərizə ilə müraciət etmişdir. Qəsəbə sakinlərinə Binə bələdiyyəsi tərəfindən Əzizov Extiyar Tərlan oğluna 30, Şiriyev Yadigar Məhərrəmn oğluna 20 manat maddi yardım edilmişdir.

Qəsəbə sakini Cabbarova Böyükxanım Nuru qızına vəfat etmiş qızının dəfni ilə əlaqədar bələdiyyə büdcəsindən 200 (iki yüz) manat məbləğində  maddi köməklik edilmişdir.

Qəsəbədəki 5 nəfər 20 yanvar şəhid ailələrinin hər birinə 50 manat olmaqla 250 manat məbləğində maddi köməklik edilmişdir.

Qəsəbədəki tarixi abidələrin qorunmasını da Binə bələdiyyəsinin diqqət mərkəzində saxlamışdır. Qəsəbədəki “ Mövsüm–Səlim” məscidinin qorunub saxlanılması üçün hər ay büdcədən 100 manat pul vəsaiti ayrılması haqqında qərar qəbul edilmişdir.

8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə qadın bələdiyyə üzvləri və qulluqçularının hər birinə 30 manat olmaqla ümumilikdə bələdiyyə büdcəsi tərəfindən 360(üç yüz altmış) manat pul vəsaiti ayrılmışdır.

***

Binə bələdiyyəsi bundan sonra da öz öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaqdır.

 

 

 

ŞƏRHLƏR