"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binə bələdiyyəsi qəsəbənin abadlığını daim diqqətdə saxlayır

--2017-04-21 / 18:40

Binə bələdiyyəsi 2017-ci ilin 1-ci rübündə 4 iclas keçirmişdir. İclasda 18 məsələ müzakirə olunmuş və müvafiq qərarlar çıxarılmışdır. İclasın gündəliyinə çıxarılan məsələlərindən 4-ü abadlıq işlərinin aparılması, 4-ü maddi yardım edilməsi, 9-u  təşkilati məsələlər, 1-i mədəni tədbirlərin keçirilməsinə həsr edilmişdir.

Hesabat dövründə bələdiyyəyə vətəndaşlar tərəfindən 21 ərizə və müraciət daxil olmuşdur. Onlardan 6-si maddi yardımla, 4-ü fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması, 11 ərizə müxtəlif şikayət və məlumat xarakterli olmuşdur.

Ərizə və müraciətlərdə qaldırılan məsələlər imkan daxilində icra edilmişdir. Belə ki, edilmiş şikayətlərin bir qismi yerində həll edilmiş, həlli mümkün olmayan məsələlərin həll edilməsi barədə aidiyyatı qurumlara müraciət edilmişdir.

2017-cı ilin 1-ci rübü ərzində bələdiyyəyə 63 məktub və sərəncam daxil olmuşdur. Bunlardan 26-sı XRİH-dən , 4-ü nazirlikdən, 33-ü müxtəlif idarə və təşkilatlardan olmuşdur.

Daxil olmuş məktublar vətəndaşlara maddi yardım olunması, mənzil şəraitinin yaxşılaşdırılması, inzibati məsələlər və müxtəlif tövsiyyələrdən ibarət olmuşdur.

Rüb ərzində bələdiyyədə 107 nəfər qəbul edilmişdir. Onların şikayət və müraciətləri diqqətlə dinlənilmişdir. Yerində həlli mümkün olan məsələlər həll edilmiş və həlli bələdiyyənin imkanları xaricində olan məsələlər barədə aidiyyatı qurumlara müraciət edilmişdir.

***

Qəsəbənin sosial həyatında Binə bələdiyyəsi fəal iştirakını davam etdirmiş, abadlıq, təmizlik işlərini daima nəzarətdə saxlamışdır. Vaxtaşırı qəsəbədaxili yolların dağılmış hissələri qum, daş, asvalt qırıntısı tökülərək qreyderlə hamarlanmışdır.

Qəsəbənin Ə.İsazadə, R.Məmmədhüseynov və Ə.Vahid küçələrində 322 ağac əkilmiş, məhəllədaxili yolların kənarlarındakı alaq otları vurularaq təmizlənmişdir.

Binə bələdiyyəsinin nəzdində olan şəhidlərin xatirəsinə salınmış parkda olan ağaclara mütəmadi qulluq göstərilmiş, qurumuş ağaclar və gül kolları yenisi ilə əvəz edilmiş, gövdələri əhənglə ağardılmışdır.

 ***

 Binə bələdiyyəsinin büdcəsindən aztəminatlı ailələrə 1-ci rüb ərzində 300 manat pul vəsaiti ayrılmışdır. Aztəminatlı əlil ailələrindən adları aşağıda göstərilənlərin hər birinə hər ay 20 manat olmaqla ümumilikdə  bələdiyyənin büdcəsindən 100 (yüz) manat maliyyə yardımı göstərilir.

Ağayev Elşad Güləmirzə oğlu,

Əkbərova İradə Canəli qızı ,

Əliyev Əli Soltanağa oğlu,

Babayeva Afət Həsənağa qızı,

Mirzəyev Rafəddin Rizvan oğlu

 

149 saylı tam orta məktəbin məzunu, hazırda Dövlət Universitetində təhsil alan  Şükürlü Ləmana       Binə bələdiyyəsi tərəfindən hər ay 30 manat məbləğində təqaüd ödənilir.

Binə bələdiyyəsinə maddi vəziyyətləri ağır olduqlarına görə qəsəbə sakinləri Abiyev Seymur Abdulla oğluna  100 manat, Məmmədova Telli Rəzzaq qızına 100 manat, Əzizova Sofiya Sahib qızına 50, Məhərrəmova Cəmilə Fərhad qızına 50 , Hüseynli Orxan Novruz oğluna 30 manat , 1-ci qrup əlil Bayramov Novruz Xudayar oğluna 100 manat məbləğində  maddi köməklik edilmişdir.

Hərbi xidmətdə xəstələnib vəfat etmiş Ağayev Rameş Oqtay oğlunun məzarının abadlaşdırılması məqsədi ilə bələdiyyə büdcəsindən 200 manat məbləğində maddi köməklik edilmişdir.

Qəsəbədəki 5 nəfər 20 yanvar şəhid ailələrinin hər birinə 50 manat olmaqla 250 manat məbləğində maddi köməklik edilmişdir.

Yusifov Müseyib-50manat

Abbasov Sərfi- 50 manat

Hüseynov Vasif -50 manat

Əliyeva Elnarə - 50 manat

Ağayev Səməd -50 manat

                                                       ***

Qəsəbədəki tarixi abidələrin qorunmasını da Binə bələdiyyəsinin diqqət mərkəzində

saxlamışdır. Qəsəbədəki “ Mövsüm–Səlim” məscidinin qorunub saxlanılması üçün hər ay büdcədən 100 manat pul vəsaiti ayrılması haqqında qərar qəbul edilərək hər ay 100 manat pul vəsaiti ödənilir.Xəzər rayonunun Binə qəsəbəsində keçirilmiş Novruz bayramının ümumrayon tədbirinə köməklik göstərilmiş və qəsəbə sakinlərinin həmin tədbirdə iştirakı təmin edilmişdir.

***

2017-ci ilin I-ci rübündə bələdiyyənin gəlirləri    37.685 manata bərabər olub. Bu vəasitin  8.195 torpaq vergisi, 25.039 əmlak vergisindən, 4200 icarə haqqından 250 manat isə xidmət haqqından daxil olub.

Bələdiyyə əldə etdiyi maliyyə vəsaitinin 5800 manatını qəsəbənin abadlığına, 2520 manatını isə maddi yardımalra xərcləyib

H.S.Həmidov

Xəzər rayonu Binə bələdiyyəsinin sədri                                

ŞƏRHLƏR