"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binə bələdiyyəsi hesabat verir

--2018-01-10 / 05:11

Xəzər rayonu Binə bələdiyyəsi 2017-ci ildə öz fəaliyyətini yerli müdafiə , yerli iqtisadi inkişaf, yerli ekoloji məsələlərin həlli istiqamətində qurmağa çalışmışdır.

2017-ci ildə Binə bələdiyyəsi 16 ümumi yığıncaq keçirmişdir. Ümumi yığıncaqda 70 məsələ müzakirəyə çıxarılmış, müzakirə edilərək müxtəlif qərarlar qəbul edilmişdir.

Müzakirə olunan məsələlərdən 12-si abadlıq işlərinin aparılmasına, 14-ü maddi yardımla bağlı, 11-i inzibati və təşkilati məsələlərə, 9-u daxil olan ərizə və şikayətlərlə bağlı , 10-u isə cari məsələlərə həsr olunmuşdur.

Daxil olan ərizə və şikayətlər yerində araşdırılmış və təyin olunmuş vaxt müddətində çox hissəsi həll edilmişdir. Həlli tərəfimizdən mümkün olmayan məsələlər barədə aidiyyatı qurumlara müraciət olunmuşdur.

2017-ci ərzində Binə bələdiyyəsinə 221 məktub və 5 sərəncam daxil olmuşdur.

Bunlardan 106-sı  XRİH-dən, 11-i  Bələdiyyələrlə İş Mərkəzindən, 111-i müxtəlif idarə və təşkilatlardan daxil olmuşdur. Daxil olan məktublar vətəndaşlara maddi köməklik olunması, mənzillərin təmiri, inzibati məsələlər və müxtəlif tövsiyyələrdən ibarət olmuşdur.

İl ərzində 344 nəfər qəbul edilmişdir. Onların şikayətləri diqqətlə dinlənilmişdir, imkanımız daxilində çox hissəsi yerində həll edilmişdir. Həlli tərəfimizdən mümkün olmayan məsələlər barədə aidiyyatı qurumlara məlumat verilmişdir.

Binə bələdiyyəsi il ərzində qəsəbədə abadlıq, quruculuq işlərini davam etdirmişdir. Qəsəbə daxilinə tökülmüş tullantıların təmizlənməsi nəzarətdə saxlanılmışdır.

Qəsəbənin Ə.İsazadə , R.Məmmədhüseynov, Ə.Vahid  küçələrində 322 ədəd ağac əkilmiş və onlara qulluq edilmişdir.

Küçə və yol kənarlarındakı alaq otları vurulmuş və təmizlənilmişdir. Mövcud ağacların gövdələri yaz mövsümündə əhənglə ağardılmış , quru budaqlar kəsilmiş və suvarılmışdır.

Binə bələdiyyəsi öz fəaliyyəti dövründə qəsəbədəki əlillərə, şəhid ailələrinə, Çernobil və Qarabağ müharibə veteranlarına, aztəminatlı ailələrə öz köməkliyini əsirgəməmişdir.

20 Yanvar faciəsinin ildönümü münasibətilə qəsəbədə yaşayan 5 nəfər şəhid ailəsi və əlilləri Abbasova Sərfi, Ağayev Səməd, Əliyeva Elnarə, Hüseynov Vasif, Yusifov Museyib hər birinə bələdiyynin büdcəsindən 50 manat pul vəsaiti verilmişdir.

Hərbi xidmətdə xəstələnib vəfat etmiş Ağayev Oqtay Rameş oğlunun məzarının abadlaşdırılmasına bələdiyyə büdcəsindən 200 (iki yüz) manat pul vəsaiti ayrılaraq məzar abadlaşdırılmışdır.

Hesabat ilində şəhid anası Şövkət Şirinovanın evinin təmirinə bələdiyyə büdcəsindən 300 manat pul vəsaiti ayrılaraq ona verilmişdir.

Şəhid ailəsi Səbiyyə Hidayətovanın 2 azyaşlı nəvəsinin Xəzər rayon “Cırtdan” uşaq sağlamlıq düşərgəsində 15 gün dincəlmələrini Binə bələdiyyəsi öz öhdəsinə götürərək onların istirahətini təmin etmişdir.

Hesabat dövründə elektrik qısa qapanması nəticəsində yaşadıqları evləri yanaraq kül olmuş Əliyeva Elnarə Feyruz qızı, Səfərova Gülnar Elman qızının hər birinə 500 manat, Zabirov Rafael Şıxaboviçə 200 manat olmaqla ümumilikdə bələdiyyə büdcəsindən 1200 manat pul vəsaiti maddi yardım kimi onlara verilmişdir. Dekabr ayında yaşadıqları evi yanmış iki qəsəbə sakini Cahangirov Ağalar və Muradov Ramin Gürşad oğluna bələdiyyə büdcəsindən hər birinə 150 manat pul vəsaiti ayrılmışdır.

Hesabat dövründə müxtəlif xəstəliklərdən əziyyət çəkən 5 nəfər qəsəbə sakini Ağayev Elşad Güləmirzə oğlu, Əkbərova İradə Canəli qızı, Əliyev Əli Soltanağa oğlu, Babayeva Afət Həsənağa qızı və Mizəyev Rafəddin Rizvan oğlunun hər birinə il boyu hər ay 20 manat məbləğində maddi yardım olunması barədə qərar qəbul edilmiş və hər ay ödənilmişdir.

Bələdiyyə büdcəsindən 149 saylı orta məktəbin məzunu, hal-hazırda Bakı Dövlət Universitində təhsil alana Ləman Şükürlüyə hər ay 30 manat məbləğində təqaüd ayrılmış və ali məktəbi bitirənədək davam etdirilcəkdir.

Hesabat dövründə maddi vəziyyətləri ağır olan müxtəlif xəstəliklərdən əziyyət çəkən qəsəbə sakinlərindən Əliyeva Minayəyə 200 manat, Məmmədova Telli Rəzzaq qızına 100 manat, Abiyev Seymur Abdulla oğluna 100 manat , Abbasova Şəhla Məmmədağa qızına 100 manat , Bayramov Novruz Xudayar oğluna -100 manat, Rzayeva Şəfiqə Mirzə qızına 100 manat, Bədirova Təranə Ağagül qızına -60 manat, Mövludova Dilarəyə -60 manat, Əzizova Sofiya Sahib qızı, Məmmədova Cəmilə Fərhad qızı, Dünyamalıyeva Rəfiqə Salman qızı, Salayeva Məryəm, Baxşalızadə Şahrud və Abdullayeva Gülnarəyə hər birinə 50 manat , Baxşıyev Canəli Həzər oğlu, Əhmədova Səidə Şahin qızı, Quliyeva Aynurə Məmmədhüseyn qızının hər birinə 40 manat, Ağayeva Pakizə ,Hüseynli Orxan , Tkaçenko Vasiliyə 30 manat, Hacıbəyli Rəna Yavər qızı, Hüseynova Aidə Fikrət qızı, Əliyev Cavanşir Soltan oğlunun hər birinə 20 manat olmaqla ümumilikdə bələdiyyə büdcəsindən 1420 manat məbləğində pul vəsaiti onların kart hesablarına köçürülmüşdür.

Bələdiyyənin ümumi yığıncağının qərarı  ilə Hüseynova Səidə Əsədulla qızına 100 manat, Abdullayevaya Tükəzban Saleh qızına 50 manat, Əsgərova Aynurə Firudin qızına 50 manat, Cəfərova Müşərrəf  İbrahim qızına 40 manat, Əbilova Minarə Məmmədqulu qızına 40 manat, Məmmədova Qumru Məmi qızına, Şükürova Gülbağda Şirvan qızına , Aslanov Elşad Malik oğluna, Sadıqovaya Könül Oqtay qızına, Sədəfi İlahə Həsənağa qızına, Tağıyeva Validə Sabir qızına və  Ağayeva Firuzə İsgəndər qızının hər birinə 30 manat olmaqla ümumilikdə bələdiyyə büdcəsindən 490 manat pul vəsaiti ayrılaraq onların kart hesabına keçirilmişdir.

Qəsəbdəki “Mövsüm-Səlim” məscidinin qorunub saxlanılmasını da Binə bələdiyyəsi diqqət mərkəzində saxlamışdır. 2017-ci il ərzində məscidin qorunub saxlanılması üçün bələdiyyənin büdcəsindən 1300 manat pul vəsaiti ayrılmışdır.

XRİH-nin təşkilatçılığı ilə Binə qəsəbəsində keçirilən Novruz bayramı tədbirində Binə bələdiyyəsi öz köməkliyini göstərmiş və qəsəbə sakinlərinin  həmin tədbirdə iştirakı təşkil olunmuşdur.

Qəsəbədəki imkanlı şəxslərin hesabına 200 ailəyə hərəsinə 1 kq olmaqla ümumilikdə 200 kq Qurban əti Binə bələdiyyəsi tərəfindən təşkil olunaraq paylanılmışdır.

XRİH-nin təşəbbüsü ilə “Sağlam Ailə” Mərkəzinin kollektivi qəsəbəmizdə əhalinin pulsuz müayinəsini keçirmiş və həmin tədbirin keçirilməsində Binə bələdiyyəsi öz köməkliyini göstərmişdir.

Belə ki, mərkəzin həkimləri Binə bələdiyyəsinin inzibati binasında otaqlarla təmin olunmuş , bütün sahələr üzrə tibbi aparatlar otaqlara yerləşdirilərək gün ərzində 693 nəfər sakinimiz pulsuz müayinədən keçmişdir.

2017-ci il ərzində bələdiyyənin gəlirləri və xərcləri aşağıdakı kimi olmuşdur.

01.01.2017-ci ilə qalıq-     2977-07

Gəlirlər 146.156-94

O cümlədən

Torpaq vergisi-                   32647-24

Əmlak vergisi-                    97489-70

İcarə haqqı-                         6600-00

Dotasiya                              7200-00

Digər-                                  2220-00

Xərclər cəmi: -                    145911-94

O cümlədən

Əmək haqqı-                        48918-94

DSMF-                                 14600-14

Gəlir vergisi-                        3498-78

Silahlı qüvvələr-                  560-00

Bələdiyyə assosiasiyası-      1800-00

Maddi yardım-                     10980-00

Abadlıq, təmizlik -              24600-00

Mədəniyyət tədbirləri-         2500-00

Dəftərxana ləvazimatı-        1144-58

İdman-                                  400-00

01.01.2018-ci ilə qalıq-        3222-07

Binə bələdiyyəsi bundan sonra da öz öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaqdır.

 H.S.Həmidov

Xəzər rayonu Binə bələdiyyəsinin sədri                   

 

 

ŞƏRHLƏR