"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binə bələdiyyəsi "Evdə qal, həyatları xilas et!" çağırışına qoşulub

--2020-03-29 / 06:18

Ümumdünya Səhiyyə Təşkilatı koronavirus təhlükəsi ilə əlaqədar "Evdə qal, həyatları xilas et!" çağırışı ilə 65 yaşlı insanlara qayğı və diqqətin göstərilməsi təşəbbüsünə qoşulan Xəzər rayonu Binə bələdiyyəsi də yaxından iştirak etməklə dəstək verib. Bu barədə məlumat Xəzər rayonu Binə bələdiyyəsindən daxil olub.

Binə bələdiyyəsi tərəfindən qəsəbə ərazisində 65 yaşdan yuxarı insanların siyahısı tərtib edilərək, hər bir sakinə bələdiyyənin sədri və bələdiyyə qulluqçularının iştirakıyla ərzaq bağlamaları təqdim edilmişdir.
Onların hər birinə görüşdə bir daha dövlət tərəfindən atılan addımlar izah edilmiş və evdə qalmaları, gündəlik etməli olduqları məsələlərə daha diqqətli yanaşmaları və məcbur qalmadıqca evdən çıxmamaları xahiş edilmişdir. Ərzaq bağlamamaları ilə yanaşı hər bir sakinə maska və spitdə təqdim edilmişdir. Məlumatda o da bildirilir ki, bələdiyyə imkan daxilində karantin müddətində bu aksiyanı keçirmək niyyətindədir.
Belediyye.info

ŞƏRHLƏR