"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Biləsuvar şəhəri də "qardaşlaşdı"

--2022-05-15 / 06:38

Türkiyyə Respublikasının Dənizli vilayətinin Çameli ilçəsindən Biləsuvar rayonunda səfərdə olublar. Doqquz nəfərlik nümayəndə heyətində Çameli kaymakanı Kerem Yenigün, Çamelı bələdiyyəsinin başqanı Cengiz Arslan olub.

Səfər proqramı çərçivəsində Biləsuvar rayonu ilə Türkiyə Respublikasının Dənizli Vilayətinin Çameli bələdiyyəsi arasında dostluq əlaqələrinin qurulması və möhkəmlənməsi haqqında protokol imzalanıb. “Qardaşlaşmış şəhərlər” haqqında protokolu Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Faiq Qürbətov və Çameli Bələdiyyəsinin başqanı Çengiz Arslan imzalayıb. İmzalanma mərasimində Biləsuvar bələdiyyəsinin sədri İlqar Abasov da iştirak və çıxış edib.

Tərəflər arasında qarşılıqlı hədiyyələr təqdim olundu.

Çameli Bələdiyyəsinin başqanı Biləsuvar Bələdiyyəsinin sədri İlqar Abasovu əlaqələrin daha da möhkəmlənməsi və qardaş ölkənin təcrübəsindən faydalanması üçün Türkiyə Rüspublikası Dənizli vilayətinə dəvət edib.

Mərasimin yekununda xatirə şəkilləri çəkilib.

Belediyye.info

ŞƏRHLƏR