"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Biləsuvar rayonu Əliabad bələdiyyəsinin sədrini tanıyaq

--2020-05-13 / 19:45

Nərimanov Elşad 28 yanvar 1975-ci il,Biləsuvar rayonu Əliabad kəndində anadan olub.

1991-cı ildə M.Piriyev adına Əliabad kənd orta məktəbini bitirib.

1993-1997-ci illərdə hərbi xidmətdə olub.

1997-ci ildə Bakı Dövlət Universitetinin geologiya fakultəsinə daxil olub və 2002-ci ildə həmin universiteti bitirdikdən sonra bir neçə özəl şirkətlərdə menecer vəzifəsində çalışıb.

Ondan sonra isə fərdi təsərrüfatla (əkinçilik və heyvandarlıqla) məşğul olub.

2019-cu ildə bələdiyyə seçkilərinə namizədliyini verərək bələdiyyə üzvü və yanvar ayında keçirilən ilk iclasında isə Əliabad bələdiyyəsinin sədri vəzifəsinə seçilib

Aləlidir, 4 övlad atasıdır.

Qeyd edək ki, Əliabad kəndi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun kəndidir.

ŞƏRHLƏR