"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Biləsuvar bələdiyyəsi fəaliyyətində yerli əhəmiyyətli problemləri həll edərkən ...

--2022-01-12 / 12:27

Biləsuvar bələdiyyəsinin 2021-ci il ərzində görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında

H E S A B A T I

Nəzərinizə çatdırmaq istəyirəm ki, artıq bələdiyyələr ictimai həyatda daha fəal rol oynamağa başlamış, yerli demokratiyanın inkişafında və sosial probremlərin həllində xeyli irəliləyişə nail olunmuşdur.

Dövlətin əsas vəzifələrindən biri yerli özünüidarəetmənin, yerli demokratiyanın inkişafını dəstəkləmək, bu prosesin hüquqi tənzimlənməsinə və Azərbaycan Respublikasının Konustitusiyasında təsbit olunmuş özünüidarə prinsiplərini həyata keçirməkdir. Bələdiyyə İnstitutunun inkişafı Azərbaycan Respublikası Prezdentinin daim diqqət mərkəzindədir.

Bələdiyə sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri də bələdiyyənin fəaliyyətində qanunçuluğa riayət edilməsinin təmin olunması, hüquq pozuntularının aradan qaldırılmasıdır.

Bildiyimiz kimi, bələdiyyələr kollegial orqandır, yəni-yerli əhəmiyyətli bütün məsələlər, layihələr bələdiyyə iclaslarında müzakirə edildikdən sonra qərarlar qəbul olunur.

Biləsuvar bələdiyyəsində ötən 2021-ci ili ərzində 20 iclas keçirilmiş,45 məsələ müzakirə edilərək, müvafiq qərarlar qəbul edilmişdir. 2021-ci il ərzində bələdiyyə iclasında müzakirə olunan 30-i sosial məsələ barədə, 15-si isə cari məsələlər olmuşdur.

2021-ci ili ərzində Biləsuvar bələdiyyəsinə 213 müraciət daxil olmuşdur. Müraciətlərin 113-ü vətəndaşdan birbaşa daxil olmuşdur. Bundan əlavə 50 nəfər vətəndaş şifahi müraciətləri və əhali ilə keçirilən sıx görüşlər zamanı sakinlərin müraciətləri əsasında qəbul olunmuş və onların qaldırdıqları məsələlər əsasən həll olunmuşdur.

Bütün müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq baxılb cavab verilmişdir.

Vətəndaşların ərizə və şikayətlərinə baxılarkən sosial müdafiəyə ehtiyacı olan Qarabağ müharibəsi əlillərinə, veteranlara, şəhid və az təminatlı ailələrə daha diqqətlə yanaşılmışdır.

Torpaq islahatı zamanı bələdiyyəyə 290.84 hektar ehtiyat fondu torpağı ayrılmışdır ki, bunun 70.5 hektarı kənd təsərrüfatına yararlı torpaq sahələridir. Bələdiyyənin ehtiyat fondundan 195.25 hektar torpaq sahəsi 26 nəfərə kənd təssərüfatı məhsulları istehsalı üçün icarəyə verilmişdir.

Mövcud qanunvericiliyə uyğun olaraq hər ilin dekabr ayının 20-dək növbəti il üçün proqnoz rəqəmlərə əsasən bələdiyyənin yerli büdcəsinin gəlirlər və xərclər smetası təsdiq olunur.

Bələdiyyənin 2021-ci ilə təsdiq olunmuş smetasına əsasən gəlirlər 172.500 manat, xərclər isə 172.500 manat nəzərdə tutulmuşdur.

Büdcə kəsirini tamamlamaq üçün dövlət büdcəsindən 30.000 manat dotasiya alınması nəzərdə tutulmuşdur. Lakin faktiki olaraq Dövlət büdcəsindən 6000 manat dotasiya ayrılmışdır.

Bələdiyyənin 2021-ci ili ərzində yerli büdcəsi 172.500 manata qarşı 97283 manat yerinə yetirilmişdir, yəni büdcənin gəlir hissəsi 56.4 % yerinə yetirilmişdir, büdcənin xərcləri isə 96921 manat olmuşdur .

Bələdiyyənin yerli büdcəsinin gəlirləri aşağıda göstərilən məsələlər hesabına yaranmışdır.

- torpaq vergisi 17514 manat

- əmlak vergisi 52741 manat

- Bələdiyyə əmlakının icarəyə verilməsindən - 14589 manat

-Bələdiyyə əmlakının özəlləşdirilməsi - 4972 manat

-Dotasiyadan daxil olma isə 6000 manat olmuşdur.

Bələdiyyənin yerli büdcəsinə daxil olmuş vəsait aşağıda göstərilən qaydada xərclənmişdir:

Yerli özünüidaretmə orqanlarının saxlanması xərcləri 88018 manat

O cümlədən əmək haqqı - 69716

DSMF- 10769 manat

İmkansız ailələrə maddi yardım 1320 manat

Abadlıq və ekoloji tədbirlərə - 6469 manat

Yeni elektrik xətlərinin çəkilməsinə -1035 manat

Abunə xərcinə 814 manat

Maliyyə vəsaiti yalnız bələdiyyənin qərarı ilə ayrılmış və qərarda vəsaitin təyinatı məqsədi və dəqiq miqdarı göstərilmişdir.

Məlumdur ki, büdcə gəlirlərinin artırılmasında bələdiyyə torpaqlarının icarəyə verilməsi, bələdiyyə torpaqlarının vətəndaşlara satılması, fiziki şəxslərdən toplanan əmlak və torpaq vergiləri əsas vəsaitlərdəndir. Belə ki, təkcə vətəndaşların bələdiyyəyə 147.000 manat əmlak və torpaq vergisi borcları olduğu halda 2021-ci ili ərzində yalnız 72900 manat, yəni 49.5 % vəsait toplanmışdır.

«Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Qanuna əsasən bələdiyyə iclaslarında müzakirə olunan məsələlərin protokollarının surəti Ədliyyə Nazirliyi İmişli Regional Ədliyyə şöbəsinə göndərilir.

Biləsuvar bələdiyyəsi öz fəaliyyətində yerli əhəmiyyətli problemləri həll edərkən Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin verdiyi tapşırıq və tövsiyyələrini həmişə öz işində rəhbər tutmuşdur.

Əmin edirik ki, bundan sonra da öz fəaliyyətimizi, bələdiyyələrin fəaliyyətinin tənzimlənməsi barədə qəbul olunmuş qanunlar çərçivəsində və rayon İcra Hakimiyyəti başçısının tövsiyyəsi əsasında quracağıq.

      

İ.V.Abbasov Biləsuvar bələdiyyəsinin sədri                      

ŞƏRHLƏR