"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Biləsuvar bələdiyyəsi də əhali arasında maarifləndirmə işlərini davam etdirməkdədir

--2020-07-06 / 12:01

Biləsuvar bələdiyyəsi də əhali arasında maarifləndirmə işlərini davam etdirməkdədir

Biləsuvar bələdiyyəsi Biləsuvar RİH-in təşəbbüsü ilə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakıyla xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi üçün əhali arasında maarifləndirmə işlərinin aparılması məqsədilə yaradılmış mobil qrup üzvləri tərəfindən rayon ərazisində izahetmə-xəbərdarlıq işləri davam etdirilir. Bu barədə məluamtı Biləsuvar bələdiyyəsi yayıb.

Biləsuvar RİH-in iqtisadiyyat şöbəsindən İlqar Abbasovun, Biləsuvar bələdiyyəsinin sədr müavini Malik Qədirovun, bələdiyyənin vergi müfəttişi Elçin Şirinovun, polis leytnantı Aqşin Məmmədovun iştiarkıyla keçirilən reyd-izahat işlərində əhalinin sıx olduğu məkanlarda, ticarət obyektlərində, həmçinin ictimai nəqliyyatda qoruyucu maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı maarifləndirici söhbətlər aparılıb.

Rayon ərazisində koronavirus infeksiyası əleyhinə görülən tədbirlərin daha da effektli nəticə verməsi məqsədilə vətəndaşların məsuliyyətli olmasının mühüm əhəmiyyət kəsb etdiyi və bütün dünyanı cənginə alan COVID-19 infeksiyasına qalib gəlməyin yeganə yolunun məsuliyyətli davranmaq və karantin qaydalarına ciddi şəkildə riayət edilməsi bir daha sakinlərin diqqətinə çatdırılıb.

https://www.youtube.com/watch?v=xvDKNqwqxTk

Belediyye.info

ŞƏRHLƏR