"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Biləcəri və Xocasən bələdiyyəsi bir milyon manatlıq borcu necə “bağlayacaq”? -CİDDİ

--2021-09-08 / 06:33

Bu günlərdə bələdiyyə sədrlərinin bələdiyyənin ümumi borclarının silinməsiylə bağlı atdıqları addımlar barədə, habelə bununla bağlı bir çox yerli özünüidarəetmə orqanlarının bank hesabının açılması və daha səmərəli fəaliyyətə başlamaları haqqında müəllif yazısında qeyd etmişdim.

Qeyd etmişdim ki, Bibiheybət bələdiyyəsinin sədri 10 min manat, Gədəbəy bələdiyyəsinin sədri 25 min manat, Sahil bələdiyyəsinin sədri 38 min manat, Binədəqi bələdiyyəsinin sədri 90 min manat, Sabunçu bələdiyyəsinin sədri 100 min manat, Qala bələdiyyəsinin sədri 24 min manat bələdiyyənin müxtəlif istiqamətlər üzrə, həm DSMF-yə, həm də əməkhaqqı borcunun bələdiyyənin yeni tərkibinin fəaliyyəti sayəsində silindiyini bildirdikləri halda Əhmədli bələdiyyəsi, Xocasən bələdiyyəsi və onlarca digər sədrlər bələdiyyələri borclandırmaqda davam edirlər.

Və əlavə olaraq Binəqədi qəsəbə bələdiyyəsi isə son bir ildə bələdiyyə ətrafında bu qədər ajiotaja və çətinliklərə baxmayaraq borcu minimuma endirib. Yəqin ki, belə davam etsə ilin sonunadək borcu tam silə biləcəklər. Bu məqamı da əlavə edim ki, bələdiyyələrin borclarının silinməsində və borcların azaldılmasında Bələdiyyələrlə iş Mərkəzinin də müstəsna xidməti var. Mərkəz bu günədək bələdiyyələrdə görüşləri davam etdirməklə, real metodik dəstək göstərməkdədir.  

Beləliklə,  əldə etdiyim məlumatda isə bildirilirdi ki, Biləcəri bələdiyyəsinin 784 min manat, Xocasən bələdiyyəsinin 172 min manat, Əhmədli bələdiyyəsinin 86.200 manat borcu var. Dəhşətlidir, deyilmi.

Nəticə etibariylə, Binəqədi rayonunda formalaşan beş bələdiyyədən ikisinin üst-üstə 957 min manat borcu var. Bu bələdiyyənin sədrləri hara baxır, nə işlə məşğuldur, nə düşünürlər. Biləcəri bələdiyyəsinin borcunun niyə və hansı səbəbdən yaranması bu gün heç kəsə sirr deyil. Alınan subvensiya ilə bağlı vəsaitin hara və necə xərcləndiyi barədə müvafiq orqanlar tərəfindən araşdırma aparılır. Bu da əvvəlki sədrlərin bilavasitə günahı ucbatından baş verdiyi göz qabağındadır. Və onu da nəzərə alaq ki, bələdiyyənin inzibati binası və məhşur körpü məhz bələdiyyənin vəsaitilə inşa edilib. Ötən seçki də formalaşan bələdiyyənin yeni tərkibi bu borcun silinməsiylə bağlı ciddi addımlar atmışdı. Və müəyyən mənada azaltmağa nail olmuşdular da.

Xocasən bələdiyyəsində də eyni vəziyyətdir. Yəni 116 min manat borcla bələdiyyəni qəbul edən bələdiyyənin sabiq sədri M.Əsgərov onun 76 min manatadək azaltmağa nail olsa da, iki ilə yaxın bir müddətdə borcun bu qədər şişməsinin günahı kimdədi?

Necə ola bilər ki, iki bələdiyyənin birgə borcu ümumrespublika üzrə olan borcun az qala 25 faizini təşkil edir. Bu sədrlərə “himayə edənlər” hara baxırlar, maraqlıdır. Nə düşünürlər?    

Biləcəri, Xocasən və Əhmədli bələdiyyəsinin bu borcu silinməsiylə bağlı konkret kosnepasiyasi varmı? Müşahidələrim göstərir ki, yoxdur. Bu gün Əhmədli bələdiyyəsinin sədrinin məsuliyyətsiz hərəkəti, seçki prosesində atılan bəzi məmurların məsuliyyətsiz addımları sanki onu əvəzedilməz edib. Belə düşünmək olar ki, sədr bu borcu yaratmaqla öz yerini bərkitmiş kimi görünür.

Və yaxud Biləcəri bələdiyyəsinin sədri borcun silinməsiylə bağlı konsepsiya təqdim etmək əvəzinə zibil qutularının təkərlərinin təmirini həyata keçirir, ya da gül əkməyə üstünlük verir. Ən maraqlısı isə bələdiyyəni loqosun dəyişir. Sədr bilməmiş deyil ki, zibil qutularının təmirini onun rəhbərlik etdiyi təşkilat deyil, rayon mənzil-kommunal təsərrüfat birliyi həyata keçirməlidir. Hələ üstəlik özünə aid olmayan işi sosial mediada təbliğ etməyə nə ad verək. Bunun üçün “RJU” da vəsaitdə ayrılır və ...

Belə olan da başqa bir təşkilatın görəcəyi işi niyə bələdiyyə öz öhdəsinə götürməlidir? Maraq nədir, sual olunur.

Hər halda düşünürəm ki, müvafiq mərkəzi və yerli orqanlar, adıçəkilən bələdiyyələrin üzvləri, habelə rayonda formalaşan digər bələdiyyələrdə bu borcun silinməsiylə bağlı öz təklif və tövsiyələrini verəcəklər.

Vüqar Tofiqli

Belediyye.info

 

ŞƏRHLƏR