"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Biləcəri bələdiyyəsinin bir günü

--2016-07-21 / 23:46
  • Biləcəri qəbristanlığının girəcəyinə atılan tullantılar Biləcəri Bələdiyyəsinin və Biləcəri İcra Nümayəndəliyinin əməkdaşlarının birgə səyi nəticəsində təmizlənib.
  • Biləcəri Bələdiyyəsi, Biləcəri İcra Nümayəndəliyi və Binəqədi Rayon Mənzil Kamunal Təsərrüfat Birliyinin əməkdaşları ilə birlikdə "20 Yanvar" xiyabanının ətrafına sakinlər tərəfindən atılan tullantıları təmizlənib.
  • “Təbiətimizi qoruyaq ona laqeyid olmayaq övlad qayğısı göstərək. Ekologiyamızın təmizliyi mədıniyyətimizin göstəricisidir. Lakin bəzi sakinlərimizin ana təbiətə bu cür münasibəti ürərimizi ağrıdır. Təbiətə hörmətsizlik edib ondan xoş münasibət gözləməyə haqqımız yoxdur.” Fotolar Biləcəri qəbirstanlığının girəcəyi, Biləcəri qəsəbəsinin mərkəzi küçələrindən olan Y.Hüseyinov küçəsi və and yerimiz olan "20 Yanvar " xiyabanının ətrafındandır.
  •  Y.Hüseynov küçəsində yer altı su xəttində yaranmış nasazlıq aradan qaldırılıb.
  •  Biləcəri bələdiyyəsində Biləcəri, Rəsulzadə və Binəqədi qəsəbə bələdiyyəsinin qulluqçularına və Rayon İcra Hakimiyyəti başçısının Biləcəri, Rəsulzadə və Binəqədi qəsəbəsi üzrə nümayəndəliklərinin əməkdaşlarına Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elnur İmanov tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 iyun 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası” izah olunmuş və onları maraqlandıran suallar cavablandırılmışdır. Müşavirədə Rayon İcra Hakimiyyəti başçısı Aparatının digər məsul əməkdaşları da iştirak edib.
  • Natəvan küçəsində boş əraziyə sakinlər tərəfindən atılmış məişət tullantıları əməkdaşlarımız tərəfindən təmizlənib.
  • Belediyye.info
ŞƏRHLƏR