"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Biləcəri bələdiyyəsində bir gün

--2016-06-16 / 20:32

 Binəqədi rayon Biləcəri bələdiyyəsinin yaydığı məlumata görə, bu gün bələdiyyənin təşəbbüsü ilə  daha bir şəhid ailəsi ziyarət edilib. Şəhid Tağıyev Vüqar Yaqub oğlunun  anası Tağıyeva Lübov Antonovna başda olmaqla ailə üzvlərini ziyarət edərək onların problemləri ilə yaxından tanış olunub.

Ailə üzvlərinin  qaldırdığı problemlər tezliklə bələdiyyə iclasında müzakirə ediləcəyi deyilir.

Bu gün bələdiyyə ərazidə təmizlik işlərinin aparılmasını da davam etdirib. Belə ki, R.İsmayılov küçəsində təmizlik işləri həyata keçirilib. Lakin bələdiyyənin əsas məqsədi əhali arasında maarifləndirmə işlərinin aparılmasıdır.

Belediyye.info

ŞƏRHLƏR